XƏBƏRLƏR
“Mərasim folkloru məsələləri” seriyasından II kitab çapdan çıxıb
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun Mərasim folkloru şöbəsinin hazırladığı “Mərasim folkloru məsələləri” seriyasından II kitab nəşr olunub. Sözügedən şöbənin əməkdaşlarının məqalələrindən ibarət olan kitabda mərasim folklorunun müxtəlif problemləri tədqiqata cəlb edilib.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan və 252 səhifədən ibarət olan kitabdan humanitar elm sahəsinin mütəxəssisləri, alimlər, müəllimlər və universitet tələbələri faydalana bilərlər.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi fil.ü.f.d., dos. Ağaverdi Xəlil, tərtibçisi fil.ü.f.d. Şəhla Hüseynli, rəyçiləri fil.e.d., dos. Nübar Həkimova və fil.ü.f.d., dos. Vəfa İbrahim, nəşriyyat redaktoru Akifə Xəlilova, korrektoru isə Günay Oruczadədir.