ELÇİN HÜSEYNAĞA OĞLU ABBASOV

ELÇİN HÜSEYNAĞA OĞLU ABBASOV

Elçin Hüseynağa oğlu Abbasov 1969-cu il dekabrın 4-də Cəlilabad şəhərində anadan olmuşdur.
1987- ci ildə orta məktəbi bitirib.


1987-1989-cu illərdə hərbi xidmətdə olub.


1990- cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə (əyani) qəbul olmuş, 1995-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.


1995-1998-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında folklorşünaslıq ixtisası üzrə təhsilini davam etdirib.


2000-ci ildə AMEA Folklor Elmi - Mədəni Mərkəzində kiçik elmi işçi vəzifəsinə işə qəbul olunub.


2003-2005-ci illərdə Folklor İnstitutu Gənc Alimlər Şurasına sədrlik edib.


2003-cü ildən İnstitut Elmi Şurasının üzvüdür.


2006-cı ilin oktyabrından AMEA Folklor İnstitutunun elmi katibi vəzifəsində çalışır.


2007-ci ildə «Koroğlu» dastanının poetikası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.


E.Abbasov elmi məqalələri ilə mətbuatda ardıcıl və məhsuldar şəkildə çıxış edir. Bundan başqa onun Şərq və türk xalqlarının fəlsəfəsi, ədəbiyyatı və folkloruna aid bir sıra tərcümələri, o cümlədən, 2 kitabı vardır.