“Azərbaycan- Ermənistan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar”

“Azərbaycan- Ermənistan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar”

"WorldKorean" elektron şəbəkəsində Qarabağ münaqişəsi ilə bağlı tarixi faktlara əsaslanan məqalə yerləşdirilib
Koreyanın Dongduk Qızlar Universitetinin professoru, Universitetin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun-kyunq tərəfindən dünya koreyalılarını birləşdirən "WorldKorean" elektron şəbəkəsində “Azərbaycan- Ermənistan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar” başlıqlı məqalə dərc edilib.


Professor Oh Eun-Kyunq məqalədə ilk öncə “Dağlıq Qarabağ” adının etimoloji baxımdan Azərbaycan dilinə aid olduğu vurğulayıb. Daha sonra o, 1813-cü ildəki “Gülüstan” və 1828-ci ildəki “Türkmənçay” müqavilələri ilə Azərbaycanın Rusiya və İran arasında bölüşdürüldüyünü və bununlada Azərbaycanın şimal hissəsinin Rusiya imperiyası tərəfindən zəbt olunduğu bildirilib. Bu tarixi müqavilələrdən sonra Çar Rusiyasının erməniləri məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürməsi ilə Dağlıq Qarabağın demoqrafik tərkibini süni şəkildə dəyişdirildiyini diqqətə çatdırıb. Oh Eun-Kyunq gedən bu prosesdə qısa müddət ərzində azərbaycanlıların 75 yaşayış məskəninin dağıdılaraq yox edildiyini məqalədə vurğulayıb.


Məqalədə eyni zamanda, Dağlıq Qarabağın 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olduğu vurğulanır. Müəllif həmçinin məqalədə Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibinə qatıldığı və Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusu aldığı bildirilir. SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi üçün Ermənistan tərəfindən yenidən qanlı fəaliyyətlərin başlandığı və nəticə etibarilə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və bu prosesdə Xocalı soyqırımının törədilməsi, yüz minlərlə azərbaycanlının evlərini və mülklərini itirdiyi obyektiv ifadələrlə qeyd olunur.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun-Kyunqun bu haqlı yazıları ilə bağlı Güney Koreyada Rusdilli və xristian koreyalılıar tərəfindən sıxışdırılır.