Qalib Azərbaycanım

Qalib Azərbaycanım

Afaq Mustafayeva
Folklor İnstitutunun əməkdaşı

 

Müzəffər ölkənin məğrur qızıyam,
Səninlə fəxr edir, çox qürurluyam.
Ürəyim doludur, min arzuluyam,
Günəş tək parlayan Azərbaycanım!

Dastanlar yazdı aslan ərlərin,
Silinməz izidir bütün qəlblərin.
Bir oldu sözü cəmi dillərin
“Vətənim sağ olsun – Azərbaycanım!

Min şükür rəbbimə, şükür xudaya!
Biganə qalmadı olan duaya.
Analar əl açib uca səmaya,
Tək zəfər dilədi, Azərbaycanım!

Bu gün qaliblərin qalibisən, sən!
Fateh sərkərdəli nümunəsən, sən!
Dəmir bir yumruğun İlhamısan, sən!
Yaşa, ey qüdrətli Azərbaycanım!