REDAKSİYA-NƏŞR BÖLMƏSİ

Azərbaycan MEA Folklor İnstitutunun Redaksiya-Nəşr bölməsi Azərbaycan MEA «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzinin Kompüter Mərkəzi kimi 2000-ci ilin martından fəaliyyətə başlamış, daha sonra İnstitutun Redaksiya-Nəşriyyat bölməsi kimi fəaliyyətini davam etdirmişdir. 2012-ci ildən İnstitutun Redaksiya-Nəşr bölməsi kimi mövcuddur.


Bölmənin işi ilk gündən bir neçə istiqamət üzrə qurulmuşdur. İlk növbədə, şöbə İnstitut rəhbərliyinin böyük qayğısı və şəxsi təşəbbüsü sayəsində lazımi texniki aparatura və peşəkar kadrlarla təmin edilmişdir.
İnstitutun Folklor arxivinin kompüterlərdə yazılıb sistemləşdirilməsi işi yüksək səviyyədə təşkil edilmiş, külli miqdarda folklor materiallarının İnstitutun disk yaddaşında qorunması təmin olunmuşdur.


Şöbənin əsas funksiyalarından biri İnstitutda yerinə yetirilən elmi işlərin, toplanan folklor materiallarının nəşrini təşkil və təmin etməkdir. Qısa müddətdə İnstitutun hər biri 20 ç/v həcmində olan «Dədə Qorqud» beynəlxalq jurnalının 2001-2012-ci illəri əhatə edən 45 sayı kompüterdə yığılmış, çapa hazırlanmış və nəşr olunub oxuculara çatdırılmışdır.


Folklor İnstitutunun daimi nəşrlərindən olan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsinin (hər cildi 12-13 ç/v həcmində) VIII, IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXIX, XXX, XXXI, XXXII, XXXIII, XXXIV, XXXV, XXXVI, XXXVII, XXXVIII, XXXIX, XL cildləri də nəşrə hazırlanıb çap olunmuşdur.


Bu müddətdə nəinki təkcə Azərbaycan MEA miqyasında, bütövlükdə Azərbaycan ədəbi-mədəni həyatında mühüm hadisə olan «Azərbaycan folkloru antologiyası» çoxcildliyinin nəşri işi də uğurla davam etdirilmiş, qısa müddətdə antologiyanın 23 cildi (hər cildi orta hesabla 30-40 ç/v həcmində) kompüterdə yığılıb, səhifələnib, nəşr edilmişdir.


Ümumiyyətlə, son 12 il ərzində Folklor İnstitutunun Redaksiya-Nəşr bölməsi cari işlərlə yanaşı, 500-ə yaxın kitab və məcmuə çap edilmiş və ya çapa hazır vəziyyətə gətirilmişdir.

ƏMƏKDAŞLAR

.
Ələkbərov İslam Yusif oğlu
Şöbə müdiri
Ələkbərov İslam Yusif oğlu

Şöbə müdiri

İş telefonu /faks:

(+994 12) 492-92-48

Telefon:

E-poçt:

ƏTRAFLI MƏLUMAT
.
İmanov Əliqulu Kazım oğlu
Elmi işçi
İmanov Əliqulu Kazım oğlu

Elmi işçi

İş telefonu /faks:

Telefon:

E-poçt:

ƏTRAFLI MƏLUMAT
.
Balayeva Aygün Allahverdi qızı
Elektronçu
Balayeva Aygün Allahverdi qızı

Elektronçu

İş telefonu /faks:

(+994 12) 492-92-48

Telefon:

(+994 55) 561-05-91

ƏTRAFLI MƏLUMAT
.
Qafarova Ləman Ramazan qızı
Elektronçu
Qafarova Ləman Ramazan qızı

Elektronçu

İş telefonu /faks:

(+994 12) 492-92-48

Telefon:

E-poçt:

ƏTRAFLI MƏLUMAT
.
Cəmilə Novruzova
Baş mütəxəssis
Cəmilə Novruzova

Baş mütəxəssis

İş telefonu /faks:

Telefon:

E-poçt:

ƏTRAFLI MƏLUMAT