ARXİV

AMEA Folklor İnstitutunun Arxiv Şöbəsi institutun elmi-tədqiqat və inzibati fəaliyyəti nəticəsində yaranan sənədlərin toplanması, qorunması və istifadəsinin təşkili məqsədi ilə yaradılmışdır. Şöbə fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən Milli Arxiv fondu haqqında qanuna və sənədlərin saxlanma müddətlərini müəyyən edən nümunəvi siyahıya uyğun həyata keçirir.

Şöbənin əsas fəaliyyət istiqaməti institutun elmi və inzibati sənədlərinin sistemləşdirilməsi, onların qorunması və tədqiqatçıların istifadəsinə verilməsi istiqamətində qurulub. Arxiv şöbəsi sənədlərin düzgün tərtib edilməsini, elmi-praktiki dəyərini itirmiş materialların qanunvericiliyinə uyğun olaraq silinməsini və məhv edilməsini təşkil edir. Arxiv şöbəsi tərəfindən sənədlərin elmi-texniki ekspertizası keçirilir, tədqiqatçıların sənədli materiallarla işləməsi təmin olunur və əməkdaşların sorğuları əsasında rəsmi arayışlar tərtib edilir. Metodiki baxımdan arxiv xidməti sənədlərin rəsmiləşdirilməsi qaydalarına nəzarət etməklə yanaşı, institutun sənəd nomenklaturasının hazırlanmasında da yaxından iştirak edir.

Şöbədə olan arxiv materialları nominal və struktur-xronoloji prinsiplər əsasında qruplaşdırılmışdır. Sənədlər ilk növbədə illər və dövrlər üzrə, daha sonra isə aid olduqları struktur bölmələrə görə sistemləşdirilir. İnstitutda fəaliyyət göstərən alimlərin elmi irsinin qorunması məqsədilə şəxsi fond yaradılıb. Bu fondda alimlərin tərcümeyi-halı, diplom və sertifikatları, elmi yazışmaları, əsərlərinin əlyazmaları, fotoşəkilləri və fəaliyyətləri haqqında dərc olunmuş məqalələr mühafizə olunur.

ƏMƏKDAŞLAR

.
Güllər Şəfi qızı Əlirzayeva
Şöbə müdiri
Güllər Şəfi qızı Əlirzayeva

Şöbə müdiri

İş telefonu /faks:

(+994 12) 492-92-48

Telefon:

(+994 55) 417-78-89

E-poçt:

galirzayeva@gmail.com

ƏTRAFLI MƏLUMAT
.
Raya Məmməd qızı Cəfərova
Baş mütəxəssis
Raya Məmməd qızı Cəfərova

Baş mütəxəssis

İş telefonu /faks:

(+994 12) 492-92-48

Telefon:

(+994 50) 353-32-45

E-poçt:

rayacfrova@gmail.com

ƏTRAFLI MƏLUMAT
.
Aysel Firudin qızı Əhmədova
Baş mütəxəssis
Aysel Firudin qızı Əhmədova

Baş mütəxəssis

İş telefonu /faks:

(+994 12) 492-92-48

Telefon:

(+994 51) 492-88-28

E-poçt:

aysel.ahmadova.89.@mail.ru

ƏTRAFLI MƏLUMAT