Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Azərbaycan alimləri Türkiyədə elmi simpoziumda iştirak ediblər

 


S.Rzasoy (solda) və Rövşən Əlizadə

Bugünlərdə AMEA Folklor İnstitutunun əməkdaşları Seyfəddin Rzasoy və Rövşən Əlizadə Türkiyədə keçirilən "Uluslararası Türk Dili və Ədəbiyyatı Simroziumu"nda iştirak ediblər. Türkiyənin divan ədəbiyyatının tanınmış nümayəndəsi Həcatinin ölümünün 500 illiyinə həsr edilmiş tədbirdə çıxış edən alimlərimizin çıxışları böyük maraqla dinlənilib.
Mifologiya şöbəsinin müdiri, tanınmış mifoloq-alim Seyfəddin Rzasoy "Türk kosmopoetik düşüncə ilgiləri və Hecati poeziyası" adlı çıxışında qeyd edib ki, türk etnosunun fiziki və mənəvi kamilliyi onun mədəniyyət gəlişməsinin təməlində duraraq türk şeirində etnosun özünü ifadəsinin ən kamil kodlarından birinə çevirib: "Bu səbəbdən Hecati şeirinin məzmun və biçim mükəmməlliyi ilk növbədə onun təmsil olunduğu türk kosmopoetik düşüncə kodunun kamilliyi ilə şərtlənir. Hecati peziyası özünün məzmun və biçim göstəriciləri ilə mükəmməl hadisədir. Bu kamillik bir neçə faktorla şərtlənir: Hecatiyə bəxş olunan ilahi istedad, türk poetik dil yaddaşının daşıyıcısı olması və s. Hecati divan şairi kimi türkdilli əruz şeirinin nümayəndəsidir. Türk dili dünya mədəniyyətində sadəcə, linqvistik hadisə deyil.
Türk dili ümumdünya mədəniyyətinin kamil poetik kodlarından birini şərtləndirir. Hecati şeirinin məzmun və forma kamilliyinin bir qaynağı əruz vəznində yaşayan gələnəkdirsə, başqa bir qaynağı türk etnosunun dil yaddaşıdır. Türk dili bədii təsvir və ifadə vasitələri bütün kamilliyi ilə Hecati şeirində gerçəkləşmiş əruz vəzninə kodlaşıb".
R.Əlizadə isə bu qənaətdədir ki, 15-ci yüzil türk şeirinin görkəmli nümayəndəsi Hecatidən bizə yadigar qalan divan təkcə bir şairin yox, bütövlükdə türk poetik düşüncəsinin tükənməz və tayı olmayan söz xəzinəsidir: "Hecatinin poetik dühası ona əruz şeirinin zirvəsinə qalxmağa imkan verib. O da bu ilahi tale fürsətindən yararlanaraq türk ədəbi düşüncə kodunun, gerçəkliyə türkün gözləri ilə baxmanın nə olduğunu dünyaya sübut edib. Bu cəhət onun dünya elminin diqqət mərkəzində qalmasının başlıca metodoloji nöqtəsidir".

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.