Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Azərbaycan xalqı çağdaş dönəmdə müstəqil dövlətini bərpa etdikdən sonra bütün sahələrdə öz milli və strateji hədəflərini müəyyən edən bir sıra konsepsiya və qanunvericilik aktları qəbul etmişdir. Bu sıradan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Elm Strategiyasının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası xalqımızın milli maraqlarının mühafizəsini və strateji hədəflərini müəyyən etmişdir. Elm Strategiyası adıçəkilən kosepsiyanın həyata keçirilməsində və Azərbaycan elminin dünya elminə inteqrasiya edilməsində mühüm vəzifələr müəyyən etmişdir.
Elm Strategiyasının həyata keçirilməsi ilə bağlı dünyanın ən nəhəng mədəniyyət təşkilatı olan YUNESKO nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti cənab Mahmud Kərimovla görüşlər keçirmişlər.
Elm strategiyası bütün sahələrdə olduğu kimi folklorşünaslıq sahəsində də Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən etmişdir. AMEA-nın Folklor İnstitutu bu sahədə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi kimi dünyada folklor nümunələrinin mühafizəsi və tədqiqi ilə bağlı aparılmış işlərdən kənarda qalmamışdır. O, cümlədən bu sahədə Azərbaycan elminin naliyyətlərini dünya elminə inteqrasiya edilməsi və Elm Strategiyasının reallaşdırılması üçün elmi potensialını səfərbər etməyi qarşısına məqsəd qoymuşdur. AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmlər doktoru cənab Hüseyin İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə İnstitutun əməkdaşları filologiya elmlər namizədi Seyfəddin Rzasoy və hüquqşünas Səməd Vəkilov tərəfindən Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin aparılması Strategiyası hazırlanmışdır. Sözügedən sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olmuşdur. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoymuşdur. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.


Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması
STRATEGİYASI

Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsi onun milli özünəməxsusluğunun ən vacib konponentidir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunu qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayaır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası 23.05.07-ci il tarixdə qəbul edilmişdir).

1. AZƏRBAYCAN XALQININ MƏDƏNİ İRSİ ONUN MİLLİ İDEOLOGİYASININ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASININ TƏRKİBİ KİMİ

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasına ayrıca bölmə həsr edilmişdir. Adıçəkilən bölmədə elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasətinin Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirmişdir.
Konsepsiyada Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.
Beləliklə, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən etmişdir.

1) Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi,
2) Azərbaycançılıq ideyasının təşviqi milli özünəməxsusluğun möhkəmləndirilməsi.

2. AZƏRBAYCAN XALQININ MƏDƏNİ İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ MÜHAFİZƏSİ ELM STRATEGİYASININ HƏDƏFİ KİMİ

Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi problemləri Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir.
Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərlə bağlı müxtəlif istiqamətlərdə bir çox məsələləri yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırmaq, elmi potensialı ölkənin mədəni-mənəvi inkişafına yönəldmək Elm Strategiyasının məqsəd və əsas hədəfləri sırasına daxil edilmişdir.
Milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması məsələləri Elm Strategiyasının vəzifələrinə daxil edilmişdir.
Bundan başqa, dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan mədəniyyətinin və folklorunun öyrənilməsi əsas hədəflərdən biri kimi götürülmüşdür.
Beləliklə, adıçəkilən hər iki mühüm sənəd: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən etməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaratmışdır.

3.AZƏRBAYCAN XALQININ MƏDƏNİ İRSİNƏ (FOLKLORUNA) YÖNƏLİK TƏHDİDLƏR

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəkilində həyata keçirilmişdir. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin o, cümlədən dastanlar, nağıllar və.s. mənimsənilməsi.
2. Xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın mənimsənilməsi.
3. Milli musiqi alətlərmizin,o cümlədən balaban, kamança, saz və.s. mənimsənilməsi.
4. Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi.
5. Azərbaycan xalçalarının mənimsənilməsi.

Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən «Koroğlu» və «Aşıq Qərib» dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məhşur xalq mahnısı «Sarı gəlin» beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərində aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəkilini almışdır.

4. MƏDƏNİ İRSİN TƏDQİQİ VƏ MÜHAFİZƏSİ QLOBAL MƏDƏNİ PROBLEM KİMİ

Qeyri-maddi mədəni irsin mühafizəsi son illər BMT-nın elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun diqqətdə saxladığı ən aktual məsələlərdən birinə çevrilmişdir. YUNESKO 1972-ci ildə qəbul edilən Təbii və Mədəni Dünya İrsin Qorunması Müqaviləsindən başlayaraq qeyri-maddi mədəni irsin qorunması üçün əhəmiyyətli qərarlar qəbul etmişdir. Bu qərarlardan biri 1989-cu ildəki Ənənəvi və Məşhur Mədəniyyətin Qorunması Tövsiyə Qərarıdır. Bu qərar, folklorun qorunması istiqamətində YUNESKO tərəfindən qəbul edilmiş ilk əhəmiyyətli sənəddir. Bu mövzuda 1995-1999 illər arasında keçirilən regional və alt regional səkkiz seminar bütün dünyada folklorun qorunması mövzusunda əhəmiyyətli bir maraq yaratmışdır. 1999-cu ildə Vaşinqtonda reallaşdırılan konfrans isə, Qeyri-maddi irsin qorunması” haqqında Beynəlxalq Konvensiyanın hazırlanmasına gedən yolda əhəmiyyətli addımlardan biri olmuşdur. Nəticə olaraq deyilə bilər ki 1989-cu il Tövsiyə Qərarı, 1994-cü il Yaşayan İnsan Xəzinələri və 1997/1998 illər İnsanlığın Şifahi və Qeyri-Maddi Əsas Quruluşlarının Elan proqraminin qəbul edilməsi 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında “Qeyri-maddi irsin qorunması” haqqında Beynəlxalq Konvensiyanın yaradan üç təməl sənəddən biridir. Xüsusilə qeyd etmək lazımdır ki, folklorşünaslıqla məşğul olan şəxlər üçün bu sənədi özündə son dərəcə zəngin fikirləri ehtiva edir.
Konvensiya çərçivəsində “Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərlərinin Elan Olunması” proqramı yaradılıb. Həmçinin epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub.
Hazırda YUNESKO-nun Reprezentativ Qeyri-Maddi Mədəni Irs Siyahısına salınan əsərlərin formatında dəyişikliklər aparılmışdır. Qərara alınmışdır ki, reprezentativ və təhlükə altında olan əsərlər də, şah əsərlər sırasında yer alsın. Həmçinin hər hansı xalqın özünüdərk xüsusiyyətlərini özündə əks etdirən və məhv olmaq təhlükəsi altında olan nümunələr YUNESKO tərəfindən qəbul edilsin.

5. AZƏRBAYCANIN MƏDƏNİ İRSİNİN QORUNMASINA DAİR FƏALİYYƏTLƏR

Mütərəqqi hal kimi onu da qeyd etmək lazımdır ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri elan olunmuşdur. 28 sentyabr 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmrliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəniqorunması üzrə Komitəsinin 4-cü sesiyasında YUNESKO-nun Hökümətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazirda isə “Azərbaycan xalçaları” adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun şifahi musiqi ənənələri sahəsi üzrə Xoşməramlı səfiri Xanım Mehriban Əliyevanın davamlı və yorulmaz fəaliyyəti təqdirəlayiq hal kimi qeyd edilməlidir. YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə qurulması bu sahədə sistematik işin aparılmasına öz töhələrini vermişdir. Xüsusilə Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda I Beynəlxalq Muğam Festivalının keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən biridir.
Bundan başqa AMEA-nın Folklor İnstitutu, Mərkəzi Budapeşt şəhərində yerləşən Avropa Folklor İnstitutu, Azərbaycan Respublikasının Macarıstandaki səfirliyi və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan xalqının iki böyük epik mədəniyyət abidəsi olan «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanlarının macar dilinə tərcümə edilməsi bu sıradan görülən mühüm işlərdəndir.
Həmçinin «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasına dair» Azərbaycan Respublikasının qanunu (16 may 2003-cü il) qəbul edilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyində Qeyri-Maddi Mədəniyyət Sektorunun yaradılması və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin kesirdiyi seminarlar bu sahəyə dövlətin diqqət və qayğısının təzahürüdür. Bütün bu görülən işlərin davamlılığının təmin edilməsi aparılan işlərin bir strategiya ətrafında koordinasiya edilməsi zərurətini yaradır.

6. FOLKLOR NÜMUNƏLƏRİNİN TƏDQİQİ, MÜHAFİZƏSİ İLƏ BAĞLI YUNESKONUN TÖVSİYYƏLƏRİNDƏN İRƏLİ GƏLƏN YENİ VƏZİFƏLƏR

YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş “Qeyri-Maddi Irsin Qorunmasi” Haqqında Beynəlxalq Konvensiya dünya və Azərbaycan folklorşünaslığı qarşısinda yeni vəzifələr müəyyən etmişdir. Konvensiya qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə bağlı özündə aşağıdakıları ehtiva edir.
1) Qeyri-maddi irsin təqdimatında daşıyıcı funksiyanı yerinə yetirən sözlü ən-
ənə və söyləmələr;
2) Təsviri sənətlər;
3) Təbiət və kainatla bağlı ən-ənələr;
4) İctimai adət-ənənələr, rituallar və mərasimlər;
5) Xalq sənətləri ənənələri.

Konvensiya bu sahələrdə meydana çıxan qeyri-maddi irsin araşdırılmasını, toplanmasını arxiv və sənədləşdirilmə mərkəzlərinin yaradılmasını, muzeylərin qurulmasını, təhsil müəssisələrində dərsliklə tədrisini kütləvi informasiya vasitələrində müsbət mədəniyyət dəyərləri olaraq təbliğini, və nəsillər arasında yaranan rabitəsizlik (boşluqların) aradan qaldırılmasına xidmət etməli şəkilində dəyərləndirilməsini əsas məqsəd hesab edir . Konvensiyanın 13. maddəsi, qeyri-maddi irsin milli səviyyələrdə qorunmasını dövlət daxili müvafiq qurumlara tövsiyyə etmişdir.

7.AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİNİN MİLLİ REYESTRNİN APARILMASINA DAİR VƏZİFƏLƏR

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı YUNESKO-nun müddəalarını əsas tutaraq Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılmasının həyta keçirilməsi üçün aşağıdakı məqsəd və vəzifələrinin həyata keçirilməsini zəruri hesab edir:

1. Folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkminləşdirilməsi;
2. Folklor nümünələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutlar arasında koordinasiya edilməsi;
3. Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələrlə bağlı elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi;
4. Folklorşünaslıq qarşısında yeni vəzifələrin müəyyən edilməsi ilə bağlı AMEA-nın Folklor İnstitutunun strukturunun təkminləşdirilməsi və yenidən formalaşdırılması;
5. Orta təhsil müəssisələrində folklor dərsliyinin hazırlanması;
6. Folklor nümunələrinin dünya dillərinə tərcümə olunması;
7. YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması;
8. Folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı sənədli filimlərin çəklişi;
9. Beynəlxalq elmi konfranslar və vestivallar keçirilməsi.

8.AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİNİN MİLLİ REYESTRNİN APARILMASINA DAİR MƏQSƏDLƏR

1. Folklor nümunələrinin əhatə dairəsinin müəyyən edilməsi;
2. Folklorşünaslığın elmi-nəzəri problemlərinə dair konsepsiyanın hazırlanması;
3.Folklor nümunələrinin milli siyahıya alınmasının hüquqi bazasının və təminatların yaradılması;
4. Azərbaycan folklor nümunələrinin mühafizəsinin təmin edilməsi;
5. Folklor nümunələrinin milli siyahıya alınması və dövlət reystrinin parılması;
6. Folklor nümunələrinin müasir informasiya texnologiyalarına uyğun qorunması ilə bağlı texniki vasitələrin tətbiqi;
6. Azərbaycan Milli Folklor Arxivinin və Muzeyinin yaradılması.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.