Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

KƏRİMOVA SƏNUBƏR AĞA QIZI

1935-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olmuşdur.
1959-cu ildə universiteti bitirərək təyinatla Naxçıvana göndərilmiş, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Sovetinin və Naxçıvan MSSR Nazirlər Kabinetinin orqanı olan «Şərq qapısı» qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışmışdır. Hələ tələbə ikən öz imzası ilə respublika mətbuatında tanınan S.Kərimova 1960-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmiş, 1975-ci ildə «Şərq qapısı» qəzetinin baş redaktoru vəzifəsinə irəli çəkilmişdir.
1978-ci ildə Moskvada İctimai Elmlər Akademiyasının İxtisasartırma İnstitutunda nəzəri biliyini və peşə ustalığını daha da təkmilləşdirən S.Kərimova 1980-ci ildən etibarən «Şərq qapısı» qəzetinin bazasında yaradılan böyük formatda, gündəlik, rus və azərbaycan dillərində nəşr edilən «Sovet Naxçıvanı» - «Sovetskaə Naxiçevan» qəzetlərinin baş redaktoru olmuşdur.
S.Kərimova 1985-ci ildə Naxçıvan MSSR sosial təminat naziri, 1993-cü ildən isə həmin nazirliyin bazasında yaradılan Naxçıvan MSSR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifələrini daşımışdır.
S.Kərimova 2000-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Həmin institutun nəşri olan «Dədə Qorqud» jurnalının əməkdaşıdır. Respublika mətbuatında dəyərli yazılarla çıxış edir. Milli mənəvi dəyərlərimizin, folklorumuzun tədqiqi, qorunması, bəşəriləşdirilməsi və gələcək nəsillərə çatdırılması üçün ciddi səy göstərir, onun «Nəsillərə əmanət» kitabı da məhz bu məqsədlə qələmə alınmışdır.
S.Kərimova həm də geniş ictimai fəaliyyət göstərmişdir. Azərbaycan Jurnalistlər İttifaqı Naxçıvan təşkilatının sədri (1975-1985) olmuş, respublika jurnalistlərinin V Qurultayında Azərbaycan Jurnalistlər İttifaqının katibi seçilmiş, sovet jurnalistlərinin IV qurultayının nümayəndəsi olmuşdur. 1975-1990-cı illərdə Naxçıvan MSSR Qadınlar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş, Sovet Qadınları Komitəsinin plenum üzvü seçilmişdir. Sovet imperiyası dağıldıqdan sonra da muxtar respublikada qadın hərəkatına rəhbərlik etmiş, müstəqil Azərbaycan Respublikası qadınlarının birinci qurultayının nümayəndəsi olmuşdur. Onuncu və onbirinci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
S.Kərimova iki dəfə (1971, 1974) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüş, müxtəlif medallarla təltif edilmişdir. «Mətbuatda fəal, səmərəli işinə görə» ona Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı (1981) verilmişdir.
S.Kərimovanın xidmətləri nəzərə alınaraq onun haqqında məlumat və şəkli 2002 və 2005-ci illərdə nəşr edilmiş Naxçıvan ensiklopediyalarına salınmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.