Əsas istiqamətlər
Milli mənəvi dəyərlərin son yüz ildə sürətlə dəyişdiyi, zənginləşdiyi bir vaxtda folklor anlayışının yeni münasibətlər baxımından tədqiqi vacib məsələlərdən biridir. Urbanizasiya, köçlər, qaçqınlar problemi, texnologiyanın sürətli inkişafı yeni-yeni folklor materiallarının yaranmasına və ya ən azından əski nümunələrin şəkil dəyişməsinə səbəb olur ki, bunların araşdırılması qloballaşan dünyaya ayaq uydurmaq baxımından olduqca önəmlidir. Müasir folklor dedikdə məhz yuxarıda sadalanan amillərin etnik mədəni kontekstdə yeri, rolu və funksiyası başa düşülür. Sürətlə dəyişən dünyamızda mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün folklor sahəsində də gərəkli dəyişikliklərin edilməsi vacib məsələlərdən biridir. Hər gün yenilənən və dəyişən sözlü mədəniyyətin öyrənilməsi və öyrədilməsi müasir folklor şöbəsinin qarşısında duran əsas vəzifələrdən biridir.
Görüləcək işlər
1. Son əlli ildə şəhərlərə köçlərlə bağlı olaraq yaranan şəhər folklorunun spesifik xüsusiyyətlərini (icra ortamının, auditoriyanın dəyişməsi nəticəsində folklor janrlarının söylənməsində baş verən fərqliliklər, yox olan folklor növləri və s.) araşdırmaq;
2. Qadının rolunun artması, gender problemi ilə bağlı qadın folkloru - əbələr (mamaçalar), baxıcılar və falçıların yeni dövrdə fəaliyyəti, onların qadın şamanlığının qalıntısı olmasının incələnməsi;
3. Ənənəvi tibb, xalq həkimliyi, sınıqçılar, otaçılar (otlarla müalicə edən) və s. öyrənilməsi;
4. Yox olmaqda olan sənət və peşələrin, məsələn, dulusçuluq, dəmirçilik, dülgərlik, nalbəndlik, sərraclıq, misgərlik, qalayçılıq və s. öyrənilməsi və onların ətrafında yaranan sözlü materialların (nəğmə, deyim və s.) araşdırılması;
5. İndiyə qədər araşdırılmayan bazar folklorunun (bazar satıcılarının malı tərifləmələri, alıcını cəlb etmək üçün şeirli söyləmələri, satdıqları malın müalicəvi əhəmiyyətini bildirmələri, rəqabət ortamı yaratmaq üçün ucuz satmaq, dükanların qabağından, içindən asılan dualar, göz muncuqları və s. funksiyası) toplanması və tədqiqi;
6. Əsgər folkloru, əsgərə gedənlərin bir gün öncə qonaq çağırılması, uğurlama zamanı söylənən alqışlar, əsgərlikdən gələnlər üçün kəsilən qurbanlar, toplu yeməklər, əsgər lətifələrinin söylənməsi, əsgər xatirələri və s.
7. Reklamçılıq və onun folklor materiallarından (son dövrdə inkişaf edən reklam şirkətlərinin atalar sözündən, deyimlərdən, qafiyəli sözlərdən istifadə edilməsi) yararlanması;
8. Folklor və media problemi (teleseriallar, teleseriallardakı müdrik obrazı və xalq ədəbiyyatından söyləmələr, dini rəvayətlərin söylənməsi və s.);
9. Heç araşdırılmayan memoratların (olmuş hadisə kimi xatırlanan və şahidlərin köməkliyi ilə “isbatlanmağa” çalışılan “yeni miflər”) toplanması, təsnifatı, araşdırılması;
10. Xalq İslamının inkişafında ocaqlar, pirlər, türbələr, ziyarət yerlərinin rolu, sosial funksiyası, pirlərdə, türbələrdə mədfun övliyalar ətrafında yaranan mənkabələrin araşdırılması, ziyarət yerlərinin sosial funksiyasının öyrənilməsi;
11. Yenilənən lətifə anlayışı, sosial, siyasi və etnik ağırlıqlı lətifələr. Regional lətifələrin yaranma səbəbləri. Hacı Dayı lətifələri, Ayrım lətifələri və onların çağdaş problemləri yansıtması;
12. Yox olmaqda olan oyunların (kənd yerlərində uşaq və gənclərin oynadıqları oyunlar), toplanması və öyrənilməsi.
Əməkdaşlar
|
|
|
|
|
Şöbə müdiri f.e.d. professor
|
|
|
|
aparıcı elmi işçi, f.ü.f.d.
|
|
|
|
aparıcı elmi işçi, f.ü.f.d. |
|
|
Kərimova Vüsalə Əbdüləli |
elmi işçi |
|
|
Zeynalova Kəmalə Akif qızı |
mütəxəssis |
050 458-01-21
050 480-05-01
|
|
Qasımova İlahə Azər qızı |
elektronçu |
İş telefonu /faks:
(+994 12) 4929248
|
|

Hüseynova Həbibə Şakir |
|
|
|
|