Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 

LƏMAN VAQİF QIZI SÜLEYMANOVA
Şəkidə ziyalı ailəsində anadan olub. 1983-cü ildə Şəki rayon Cumakənd orta məktəbinin I sinfinə daxil olub, 1994-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1995-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialının filologiya fakültəsinə qəbul olunub, 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə M.Ə.Rəsulzadə adına BDU-nun filologiya fakültəsinin magistraturasına “Folklor və mifologiya” ixtisası üzrə qəbul olunub, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə qurtarıb. 2002-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına “Folklor və mifologiya” ixtisası üzrə qəbul olunaraq 2005-ci ildə oranı başa vurub.
2000-ci ildən AMEA-nın Folklor İnstitutunda işləyir. Əvvəlcə baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, indi isə aparıcı elmi işçi vəzifəsində çalışır.
“Şəki folklor mühiti” adlı namizədlik dissertasiyasını 22 fevral 2008-ci ildə AMEA Folklor İnstitutunda uğurla müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2012-ci ildə dosent elmi adı alıb.
Hazırda isə “Bayatı yaradıcılığında kontekst, funksiya və variantlaşma” adlı doktorluq dissertasiyasının üzərində işləyir.
80-dən artıq elmi məqaləsi Azərbaycanın və müxtəlif xarici ölkələrin elmi dərgilərində işıq üzü görüb.
Müxtəlif beynəlxalq və yerli elmi konfranslarda məruzə edib.
İndiyədək 5 kitabı çap olunub:
1. “Şəki folklor mühiti”. Bakı, “Elm və təhsil”, 2012, 248 səh.
2. “Qarabağ: folklor da bir tarixdir” (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). VI kitab. Bakı, “Zərdabi LTD” MMC, 2013, 468 səh.
3. “Qarabağ: folklor da bir tarixdir” (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). VII kitab. Bakı, “Zərdabi LTD” MMC, 2014, 444 səh.
4. Şəki folklor örnəkləri. II kitab. Bakı “Elm və təhsil”, 2014, 408 səh.
5. Şəki folklor örnəkləri. III kitab. Bakı “Elm və təhsil”, 2016, 364 səh.
Bir neçə kitabın elmi redaktorudur.
AMEA Folklor İnstitutunun nəzdində nəşr olunan “Dədə Qorqud” adlı elmi-ədəbi toplunun 2006-2012-ci illər ərzində ədəbi işçilərindən biri olub.
AMEA Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin 2007-ci il aprel ayının 9-da keçirdiyi “Dədə Qorqud günü” adlı elmi konfransın təşkilatçısı olub.
İKT üzrə Milli Strategiya layihəsi çərçivəsi daxilində Azərbaycan dilində orfoqrafiyasının yoxlanması üçün proqram sisteminin (Spell Check) hazırlanmasında dilçi-ekspert kimi iştirak edib.
2008-2011-ci illər ərzində elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub – Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Turizm İnstitutunun və Bakı Avrasiya Universitetinin bakalavr və magistr pillələrində mühazirə və seminar dərslərini aparıb.
2011-2014-cü illər ərzində “Azsaylı xalqların folkloru” bölməsinə rəhbərlik edib.
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.