Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

“Koroğlu” dastanının yeni variantı işıq üzü gördü

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Milli Təhlükəsizlik Konsepsiyası ilə bağlı imzaladığı sərəncamın tələblərinə uyğun olaraq folklor materiallarının çapı sahəsindəki fəaliyyətini daha da təkminləşdirmişdir. Məlum olduğu kimi, sovet dövründə Azərbaycan folklorunun bir çox nümunələri etnik-milli yaddaşın daşıyıcısı olduğu halda ideologiyaya sünii şəkildə uyğunlaşdırılmış və bununla da həmin nümunələrin milli yaddaşdakı dəyərinə ciddi xələl gəlmişdir. Bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru H. İsmayılovun rəhbərliyi altında böyük bir işçi qrupu işə başlamışdır. Nəticə etibarı ilə, təkcə Azərbaycan deyil, bütün türk dünyası koroğluşünaslığına böyük töhfə olacaq “Koroğlu” dastanının Əli Kamali variantı nəfis tərtibatla işıq üzü görmüşdür. Dastanı çapa insitutun əməkdaşı Əli Şamil hazırlamışdır. Kitabda “Folklorumuzun üfüqləri” başlığı altında İnstitutun direktoru H. İsmayılovun oxuculara müraiəti, yer almışdır ki, burada da layihənin məqsədi, onu doğuran zərurət şərh olunmuşdur. Burada alim folklor materiallarının toplanılmasının qlobal dəyərinə toxunaraq yazır: “Bu layihə, əslində dünya mədəniyyətinə xidmət etməkdə və yoxa çıxmaqda olan folklor nümunələrini qorumaqla ümumbəşər mədəniyyətinə xidmət deməkdir”.
Kitabın girişində “Koroğlu dastanının Əli Kamali arxivindəki variantları” adlı başlıqda cəfakeş insan, öz xalqının milli-müənəvi dəyərlərinə böyük önəm verən Əli Kamali şəxsiyyəti barədə məlumat verilmiş və şəxsi arxivi, söyləyicilər barədə bəzi məsələlərə aydınlıq gətirilmişdir.
Kitabda “Koroğlu” dastanının “Bu Koroğlunun Çəmlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidir ”, “Bu Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almağıdır”, “Bu Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gətirdi ”, “Bu Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi”, , “Bu Koroğlunun Dəmirçioğlu səfəriydi ki, getdi gətirdi”, “Bu da Eyvazın durna səfərinin dastanıydı ki, ərz elədim”, “Bu da Eyvazın Türkmənə getməgidi və ata anasını toyuna dəvət etməgidi”, “Bu dastan Koroğlunun Bolu Sərdarı axtarmağıdı”, “Koroğlunun Türkmən səfəri”, “Koroğlunun Şilat səfəri”, “Aşıq Cümənin Çənilibeldən qaçması” və başqa on altıya qədər başqa qolları yer almışdır.
AMEA Folklor insitutunda çap olunan bütün materiallarda olduğu kimi, bu kitabda da sözlük verilmişdir ki, bu da dastanın yerli koloritinə aid olan bəzi çətin anlaşılan sözlərin aydınlaşmasına xidmət edir.
Dastan folklor materiallarının hazırlanmasının ən yüksək tələb və prinsiplərinə cavab verəcək şərtlər əsasında hazırlanmışdır. Dastanın çapı ilə bizim Koroğlu kitabxanamız içərisinə növbəti fundamental bir nəşr də daxil oldu: “Koroğlu ” dastanının Əli Kamali variantı.


AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.