Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Kəmaləxanım Heybət qızı Əsədullayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2014), AMEA Folklor Institutunun Musiqi folkloru şöbəsinin böyük elmi işçisi (2015).
1971-ci ildə Bakı şəhərində anadan olmuşam. 1986-cı ildə 190 nömrəli orta məktəbin səkkizinci sinfini və paralel olaraq 6 nömrəli musiqi məktəbinin 7-ci sinfini bitirib, elə həmin il Asəf Zeynallı adına Azərbaycan Dövlət orta ixtisas musiqi məktəbinə daxil olmuşam. 1990-cı ildə həmin musiqi texnikomunu “Fortepiano” ixtisası üzrə bitirib, Dövlət ixtisas komissiyasının “29” iyun 1990-cı il tarixli qərarı ilə müəllim, konsertmeyster ixtisası diplomuna layiq görülmüşəm.
1990-cı ildə 190 nömrəli orta məktəbdə müəyyən müddətdə musiqi müəllimi vəzifəsində çalışmış, 1996-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi olduğum üçün öz xahişimlə işdən azad edilmişəm.
1994-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına Musiqişünaslıq ixtisası üzrə daxil olmuş, 01 noyabr 1998-ci ildə müəllim, lektor, musiqişünas, ali peşə istiqaməti , bakalavr dərəcəsi üzrə; 1998-2000-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını magistr elmi dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Diplom işim “Yaxın və orta Şərq xalqlarının şifahi ənənəli musiqisində “Rast” makamı” olmuşdur. 02 oktyabr 2004-cü ildən Respublika İncəsənət Gimnaziyasına musiqi nəzəriyyəsi şöbəsinə müəllim vəzifəsinə əsas işçi kimi qəbul edilmiş, hazırkı müddətə qədər də bu məktəbdə çalışıram. Şərq xalqlarının muğamlarının tədqiqi ilə məşğul olmuşam. 2007-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təsdiq edilən “Azərbaycan “Rast“ muğam-dəstgahının şifahi ənənəli şərq musiqisi kontekstində tədqiqi” adlı dissertasiyanı bitirərək, müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 aprel 2014-cü il tarixli (protokol № 09-k) qərarı ilə sənətşünaslıq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülmüşəm. Bu müddət ərzində mənim elmi məqalələrim Azərbaycanda, Türkiyədə, Rusiyada elmi jurnallarda çap olunmuş, yerli və beynəlxalq konfranslarda çıxışlarım olmuş, internet resurslarında məqalələrim və müsahibələrim dərc edilmişdir. Hazırda AMEA-sının nəzdində çapdan çıxan Azərbaycan Muğamşünaslığı: problemlər, perspektivlər adlı elmi fundamental əsərin Muğam nəzəriyyəsi bölməsində - 163-cü səhifədə “ “Rast” muğam modellərinin təzahürünə xidmət edən janrlar, onların struktur xüsusiyyətləri” adlı məqaləm dərc edilmişdir. Digər elmi məqalələrimin siyahısını əlavə də təqdim edirəm.
29.I.2013-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən III Beynəlxalq Muğam Simpoziumu ərəfəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda Elmi-praktik Konfransında “ Azərbaycan tar alətinin müəyyən dövrlərdə quruluş və forma xüsusiyyətləri” mövzusunda çıxışım olub.
Həştərxan vilayətində 3.IX.2013-cü ildə keçirilən “Şərq və Qərb etnik bənzərlik və ənənəvı musiqi irsi mədəniyyətlərin dialoqu kimi” adlı konfransda “Milli alətlər milli ənənələrin qorunub saxlanılması kontekstində” məruzəmlə çıxış etdim.
Yeni Azərbaycan Partiyasının üzvüyəm. Musiqişünaslıq üzrə fəaliyyətimlə paralel bəstəkarlıqla da məşğulam. Bu, Ali təhsil ocağında oxuduğum illərdə fənn dərslərimi öyrənməklə bərabər bəstəkarlıq sinfində də təhsil almağımın davamı kimi qiymətləndirilə bilər. Bu mənada, bu yaxında Ulu Öndərimiz Heydər Əliyevə “Oda” həsr etmişəm. Sözləri Xalq şairi Fikrət Qocanındır. “Heydər Əliyev haqqında Oda“ adlanır. Əsəri xilaskarımız Heydər Əliyevə olan böyük məhəbbətimin nəticəsi olaraq işləmişəm.
Sözləri Fikrət Qocaya və musiqisi mən-Kəmaləxanım Əsədullayevaya məxsus əsərin söz mətni bu yaxında çapdan çıxacaq “Seçilmiş əsərlər” silsiləsinin VII cildində təqdim ediləcək.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.