Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
HAQQIMIZDA

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Akademiyanın Humanitar - İctimai Elmlər Bölməsinin milli, humanitar - ictimai və milli - ideoloji təmayülünün istər elmi - mədəni, istərsə də ideoloji baxımdan əsas ağırlıq mərkəzlərindən biridir. Folklor İnstitutunun Azərbaycan milli dövlətçiliyinin, xüsusən onun milli ideoloji əsaslarının möhkəmləndirilməsində olduqca böyük əhəmiyyəti vardır. Belə ki, folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Onun çoxsaylı növləri, janrları, şəkilləri, mətn tipləri və variantları ilə bərabər onların strukturunda dəyişməz, sabit modellər, məzmun və ifadə qəlibləri iştirak edir. Bu anlamda folklorun öz işarə sistemi, öz dil şifrəsi ilə açılan kodları mövcuddur. Sabit modellərdə dünya, insan və insanın mənəvi dünyası dövlət və dövlətçilik kimi anlayışlar bu sistemdə işarələnir.
Özünəqayıdış, özündən istifadə, özünüdərk yalnız folklora qayıdışla, ondan faydalanmaqla mümkündür . Cəmiyyətdə hər hansı bir ideyanın aşılanmasında, ictimai rəyin formalaşdırılmasında folklorun funksional imkanlarının reallaşdırılması effektivliyinə görə kommunikasiyanın heç bir başqa vasitəsi ilə müqayisə oluna bilməz. Çünki folklorun yaddaşında hazır kodlar mövcuddur, sadəcə olaraq informatik siqnalların göndərilməsi onların funksionallığını təmin etmiş olur. İnstitut elmi tədqiqat funksiyasından başqa bu missiyanı da yerinə yetirir. Bu mənada Folklor İnstitutu milli - mənəvi dəyərlərin qorunduğu məbəddir. Ən əski çağlardan üzü bəri xalqın yaratdığı ən gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyun, yarış, tamaşa, rəqs , musiqi və söz burada qorunur. Folklorun bir tərəfdən operativ şəkildə toplanması və nəşri, digər tərəfdən isə onun aktiv kommunikativ sferaya daxil edilməsi bu İnstitutun missiyalarındandır.
İnstitutun o qədər də uzun olmayan tarixi son illər Azərbaycanda milli - ideoloji və müstəqil dövlətçilik təfəkkürünün inkişafı ilə üst - üstə düşür.
Xalqın zəngin mənəvi dünyasının öyrənilməsi problemi müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin elm və mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində olmuşdur. 1993- cü ildə sosial - mədəni həyatımızda əhəmiyyətli dönüşə səbəb olan Böyük Qayıdışdan sonra məhz «Folklor sarayı»nın yaradılması böyük və uzaqgörən şəxsiyyətin uğurlu siyasətinin nəticəsi kimi gerçəkləşmişdir .
Milli dövlət quruculuğunun ilk illərində, 1994- cü ilin mart ayında çağdaş dövr Azərbaycan filologiya və estetik fikrinin patriarxı, görkəmli tənqidçi, ədəbiyyatşünas Yaşar Vahid oğlu Qarayevin ideya müəllifliyi və təşəbbüsü ilə Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində «Folklor Sarayı» Elmi - Mədəni Mərkəzi kimi fəaliyyətə başlayan Folklor İnstitutu birbaşa dövlət siyasəti səviyyəsində milli - mənəvi dəyərlərə artan marağın təzahürü, milli - ideoloji işin elmi meyarlarla kompleksləşdirilməsinin faktı kimi yaranmışdır.
Humanitar institutların genişləndirilməsi və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində görülən fundamental işlər bunu bir daha təsdiqləyir.
Milli öndər H.Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə formalaşmış «Folklor Sarayı» Elmi - Mədəni Mərkəzinin yaradılması faktı Azərbaycan xalqının mənəvi ehtiyatlarının demokratik cəmiyyət və dövlət quruculuğu işinə səfərbər edilməsinin real təzahürüdür. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində müttəfiq respublikaların Elmlər Akademiyaları sistemində Folklor və Etnoqrafiya, Folklor və Arxeologiya bölmə və institutları fəaliyyət göstərirdi. Amma Azərbaycanda bu günədək belə bir institut mövcud deyildi. Folklor Elmi - Mədəni Mərkəzinin yaranması son illərdə bu boşluğun aradan qaldırılması üçün geniş imkanlar açdı. Zəngin folklor materialının toplanması, tərtibi, təsnifi, tədqiqi və nəşri, eləcə də elmi - nəzəri və praktiki işlərin reallaşması ardıcıl və ciddi fəaliyyət sferasına daxil oldu. Belə səmərəli fəaliyyətin nəticəsi çoxcildli regional antologiyaların, tematik elmi topluların, dissertasiya və monoqrafiyaların, tədqiq və tərcümələrin mükəmməl nümunələrinin nəşri üçün geniş imkanlar açdı, folklorumuzun bir çox vacib problemləri öz həllini tapa bildi.
İnstitutun sələfi «Folklor Sarayı» Elmi - Mədəni Mərkəzi 1995-ci ilin yanvarından Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə hüquqi şəxs statusu almışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.