Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Folklor studiyası

   Folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 15/14 saylı, 15 oktyabr 2014-cü il tarixli qərarı ilə Folklor İnstitutunun nəzdində Folklor Studiyası yaradılmış, Studiyaya ayrıca yer ayrılmış və müasir texniki avadanlıqla təmin edilmişdir.

Folklor Studiyası Azərbaycan milli mədəniyyətinidə mühüm yer tutan aşıq sənəti, xüsusən dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və bu ifaçılığı əvəzsiz bir sənət sahəsi olaraq gələcək nəsillərə ötürmək məqsədilə silsilə musiqi albomları – “Azərbaycan xalq dastanları” hazırlamağa başlamışdır. Bu silsilədən ilk albomda dastan ifaçılığına örnək olaraq Aşıq Hüseyn Saraclının ifasında “Əsli – Kərəm”, Aşıq Əkbərin ifasında “Növruz – Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanlarından əsas hissələr yer almışdır. Alboma Azərbaycan aşıqlarının dastan yaradıcılığı haqqında üç dildə məlumat kitabçası əlavə edilmişdir.

2015-ci ildə İnstitut Azərbaycan musiqi folklorunun təbliğı sahəsində “Azərbaycan xalq dastanları” adlı ikinci albom-disk hazırlamışdır. Üç dildə məlumat kitabçası ilə buraxılan növbəti albom-disklərdə dastan ifaçılığına örnək olaraq “Abbas və Gülgəz”, “Məsum və Diləfruz”, “Aşıq Alının Türkiyə səfəri” dastanları daxil edilib.

2015-ci ildə İnstitutun Folklor Studiyası Quba rayonunda yaşayan dağ yəhudilərinin tarixi, etnoqrafiyası, folkloru və adət-ənənələri ilə bağlı "Quba yəhudiləri" adlı 33 dəqiqədən ibarət sənədli film çəkmişdir.

2016-cı ildə İnstitutun Folklor Studiyası Azərbaycan musiqi folklorunun təbliğı ilə bağlı “İrs” folklor ansamblının repertuarını əks etdirən 2 CD-dən ibarət albom hazırlamışdır. Disklərə xalq mahnıları, muğam və təsniflər, eləcə də xalq ruhunda olan bəstəkar mahnıları daxil edilmişdir.
2016-cı ildə Folklor Studiyası “Keçmişini unutma” layihəsinin "Kitabi -Dədə Qorqud" və "Koroğlu" dastanlarından seçmələri əks etdirən CD albom hazırlamışdır.

Əməkdaşlar

  Adı, soyadı
Vəzifəsi
Əlaqə

Mahir İbrahimov


 

studiyanın rəhbəri

 

 


 

 

rejissor

 

 

 

səs rejissoru

 

 

 

operator

 

İbrahimova Kəklik İmambaba qızı
montajçı
 
     
 
 
 
 
 
 
 
 
 
 
 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.