Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

ƏLƏKBƏRLİ ƏZİZ YUSİF OĞLU

(1960, Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vedi rayonunun Qaralar kəndi) - aparıcı elmi işçi

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş, 1984-ci ildə ali təhsilini başa vurmuş, 1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon «Gürmük nəğmələri» ədəbi birliyinin sədri kimi ictimai vəzifə daşımışdır.
1987-ci ildə təyinat müddətini bitirib, doğma Vedi rayonunun Qaralar kəndinə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışlar.
Ə.Ələkbərli 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami ad. Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləmişdir.
2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Redaksiya-Nəşriyyat şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir və hazırda həmin institutun «Dədə Qorqud» şöbəsinin aparıcı elmi işçisi, Redaksiya-nəşr bölməsinin müdiri vəzifələrində çalışır.
Dəfələrlə Azərbaycanda və xaricdə beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.
Ə.Ələkbərli 1991-1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993-1994-cü illərdə “Ana Vətən” qəzetinin, 1997-1998-ci illərdə “Ağrıdağ” qəzetinin baş redaktoru olmuşdur. 1996-1997-ci illərdə “Xalq qəzeti”nin Ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Bairliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mətbuatda xidmətlərinə görə «Qızıl qələm», «Həsən bəy Zərdabi» və bir sıra digər media mükafatlarına layiq görülmüşdür.
Ə.Ələkbərli 500-dən çox elmi və puplisistik məqalənin, 38 müəllif və tərtibat kitabının, o cümlədən “Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşrin və beş dildə - Azərbaycan, ingilis, rus, alman və fransız dillərində çap olunmuş “Qərbi Azərbaycan abidələri” adlı kitabın müəllifidir. “Qədim Türk-Oğuz yurdu – “Ermənistan” kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir.
Ə.Ələkbərli həm də respublikada yaradılan ilk özəl nəşriyyatlardan birinin - 1997-ci ildən fəaliyyət göstərən “Ağrıdağ” nəşriyyatının yaradıcısı və direktorudur. 10-larla kitabın redaktoru, ön sözünün müəllifi, 100-lərlə kitabın naşiridir.
Ə.Ələkbərli hazırda həm də Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədridir.

ƏSAS KİTABLARI:

1. Qədim Türk-Oğuz yurdu "Ermənistan". Bakı, Sabah. 1994.
2. Abbasqulu bəy Şadlinski. Bakı, Sabah. 1996.
3. Dramaturgiyada sənətkarlıq axtarışları. Bakı, Ağrıdağ. 1997.
4. "Abşeron şəhidləri", Bakı, "Ağrıdağ", 1997.
5. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, Bakı, Ağrıdağ. 2000.
6. Qərbi Azərbaycan, II cild. (Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları). Bakı, Ağrıdağ, 2002.
7. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, (2-ci nəşri) Bakı, Ağrıdağ. 2003.
8. Azərbaycan Folkloru Antologiyası, X kitab, İrəvan Çuxuru folkloru, Bakı, Nurlan, 2004.
9. Qərbi Azərbaycan abidələri (Azərbaycan və ingilis dillərində), Bakı, Ağrıdağ. 2006.
10. Azərbaycan Folkloru Antologiyası, XV kitab, Dərələyəz folkloru, Bakı, Nurlan, 2006.
11. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007.
12. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (rus dilində), Bakı, Nurlan. 2007.
13. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (ingilis dilində), Bakı, Nurlan. 2007.
14. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (fransız dilində), Bakı, Nurlan. 2007.
15. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (alman dilində), Bakı, Nurlan. 2007.
16. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı: sənədlərin dili ilə, Bakı, Nurlan, 2008.
17. Qax: folklor-etnoqrafik etüdlər. Bakı, Nurlan. 2008.
18. Qərbi Azərbaycanın dialektoloji lüğəti, 1-ci cild, Bakı, Nurlan. 2009.
19. Azərbaycan Folkloru Antologiyası, XIX kitab, Zəngəzur folkloru, Bakı, Nurlan, 2009.
20. Qürbət folkloru, Bakı, Nurlan, 2009.
21. Kadim Türk-Oğuz Yurdu "Ermenistan", İstanbul, 2009.
22. Türk mənşəli erməni soyadları, Bakı, Nurlan. 2011.
23. Azərbaycan Folkloru Antologiyası, XX kitab, Loru-Pəmbək folkloru, Bakı, Nurlan, 2011.
24. Azərbaycan Folkloru Antologiyası, XXI kitab, Qazax folkloru, Bakı, Nurlan, 2012.
25. Azərbaycan Folkloru Antologiyası, XXIII kitab, Naxçıvan folkloru, Bakı, Nurlan, 2013.
26. Quba-Şabran folklor örnəkləri, I kitab, Bakı, Nurlan, 2013.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.