Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
DİREKTOR

İMANOV MUXTAR KAZIM OĞLU

Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980-1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə “Müasir Azərbaycan nərsində psixologizm” mövzusunda namizədlik, 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə “Ədəbiyyatşünaslıq” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir.
M.K.İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977-80). Aspirantura təhsilindən sonra, 1983-1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur. 1999-cu ildə Bələdiyyə seçkilərində iştirak etmiş və Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinə üzv seçilmişdir. 2000-2003-cü illərdə M.Ə.Rəsulzadə Bələdiyyəsində Sosial və ekoloji məsələlər daimi komissiyasının sədri olmuşdur.
2001-2003-cü illərdə AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində böyük elmi işçı kimi çalışmış, Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən AMEA Folklor İnstitutunun direktorudur.
M.K.İmanov 2011-ci ildən “Folklorşünaslıq” ixtisası üzrə Dissertasiya Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədridir. 2011-2015-ci illərdə folklorşünaslıq sahəsi üzrə Azərbaycanda nüfuzlu elmi məcmuə olan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının baş redaktoru olmuşdur. Hazırda “Türkologiya” beynəlxalq elmi jurnalının redaktor müavini, Azərbaycanda və Türkiyədə nəşr olunan bir sıra başqa elmi jurnalların redaksiya heyətinin üzvüdür.
2011-2019-cu illərdə M.K.İmanov Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) Ədəbiyyat fənni üzrə Elmi-metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri kimi fəaliyyət göstərmişdir.
2012-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir. 2017-ci ildən həmin şuranın sədridir.
M.K.İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin müəllifidir. Onun Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslığın bir sıra aktual problemlərinə həsr edilən 10 monoqrafiyası (Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, Elm, 1991; Gülüşün arxaik kökləri. Bakı, Elm, 2005; Xalq gülüşünün poetikası. Bakı, Elm, 2006; Folklorda obrazın ikiləşməsi. Bakı, Elm, 2011; Epos.Nəsr.Problemlər. Bakı, Elm və təhsil, 2011; Portretlər. Bakı, Nurlan, 2013; Folklor həm keçmiş, həm də bu gündür. Bakı, Elm və təhsil, 2014; Sənət qayğıları. Bakı, Elm və təhsil, 2015; Azərbaycan folklorunda gülüşün genezisi və poetikası. Bakı, Elm və təhsil, 2017 (rus dilində); Söz haqqında söz. Bakı, Elm və təhsil, 2020), 200-dən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunmuşdur. Onun Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyası humanitar-filoloji elmimizdə böyük rezonans doğurmuşdur.
Folklorun toplanması, tərtib və nəşr olunması ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən “Bu yurd bayquşa qalmaz” (Bakı, Yazıçı, 1995), “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası. VII kitab. Bakı, Səda, 2005), “Şərur folklor örnəkləri” (I kitab, Bakı, Elm və təhsil, 2016), “Gədəbəy folklor örnəkləri” (I kitab, Bakı, Elm və təhsil, 2016), 10 cildlik “Qarabağ: folklor da bir tarixdir” (Bakı, Zərdabi LTD, 2012-2017) və 10 cildlik “Güney Azərbaycan folkoru” (Bakı, Elm və təhsil, 2013-2020) toplularının layihə rəhbəri və tərtibçilərindən biridir.
M.K.İmanovun bir çox əsərləri xarici ölkələrdə çap edilmişdir. O, Almaniya, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Kipr və digər ölkələrdə keçirilən çox sayda beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdir.
M.K.İmanov Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin (2013) qaliblərindən olmuşdur. Onun rəhbəri olduğu “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi (2015-2016) AMEA Rəyasət Heyətinin 21 fevral 2015-ci il tarixli, 5/3 saylı qərarı ilə elmi-tədqiqat proqramları sırasına daxil edilmiş və uğurla icra olunmuşdur.
M.K.İmanovun rəhbərliyi altında 10 fəlsəfə doktoru, 1 elmlər doktoru yetişmişdir.
M.K.İmanov Azərbaycan Respublikası Prezidentinin fərman və sərən-camlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası sahəsində AMEA-da həyata keçirilən bir çox tədbirlərin təşkilatçısıdır.
M.K.İmanovun ictimai, elmi və elmi-təşkilati fəaliyyəti dövlət qurumlarının, eləcə də elmi və ictimai təşkilatarın (o cümlədən AMEA Rəyasət Heyətinin) fəxri fərmanları, diplom, mükafat, təşəkkür və tərifnamələri ilə qeyd edilmişdir. M.K.İmanov elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2015) və AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2015) layiq görülmüşdür. Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Mahmud Kaşğari” medalı (2018), Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı (2018), “Bakı Dövlət Universitetinin 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı (2019) ilə təltif edilmişdir.

Şəxsi məlumat

Muxtar İmanovun əsərlərinin siyahısı

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.