ARXİV

Folklorşünaslıq tədqiqatlarının elmi spesifikası özünü həm də onda göstərir ki, elmi-nəzəri təhlildə əldə olunan qənaətlərin dürüstlüyü başqa səbəblərlə yanaşı toplanılan folklor materiallarının keyfiyyətindən də asılıdır. Məhz buna görə də xalq yaddaşında yaşayan folklor materiallarının toplanması, sistemləşdirilməsi, kataloqlaşdırılması, janr təsnifatının aparılması, izah və şərhlərlə, mükəmməl elmi sistem şəbəkəsində nəşr edilməsi olduqca əhəmiyyətlidir. Son on ilə qədər bu sahədə müəyyən nəticələr əldə olunsa da, toplama və nəşr işlərinin səviyyəsi qənaətbəxş deyildir.
Folklor İnstitutunda bu boşlugu doldurmaq üçün zəngin folklor arxivi yaradılmışdır. İnstitutun Elmi arxivi 1995-ci ildən fəaliyyətə başlamışdır. Bu dövr ərzində elmi arxivə 1000-dən (qovluq) folklor materialları daxil olmuşdur.
Yalnız Azərbaycanın deyil, ümumtürk dünyasının müxtəlif regionlarının zəngin folklor nümunələrini özündə cəmləşdirən Folklor arxivinin materialları əsasında 100 cildlik folklor antologiyasının nəşri planlaşdırılır.
Elmi arxivin müdiri Nəsirova Könül Xalıq qızı 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə A.Mahmudbəyov adına Humanitar fənlər gimnaziyasını bitirib 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində, 1994-1999-cu illərdə Dövlət İdarəçilik Akademiyasının politologiya fakültəsində təhsil alıb. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində folklorşünaslıq və mifologiya istiqaməti üzrə magistr dərəcəsi alıb. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında dil-ədəbiyyat müəllimi işləyib.
2007-ci ildən Folklor İnstitutunda elmi işçi vəzifəsində çalışır. 2008- ci ilin yanvar ayından Elmi Arxivə müdir təyin olunub.
«Mürsəl Həkimovun folklorşünaslıq fəaliyyəti» mövzusu dissertasiya üzərində tədqiqat aparır. Elmi məqalələr müəllifidir.

 
SCIENTIFIC DIRECTIONS
Innovation
Account department
Personnel department
Library
Legislation
Symposiums
Investigations
 
PROJECTS
Azerbaijan folklore antology
Azerbaijan folklore complete works
Garabag folklore
   
Video
Archives
Contact us
   
 
LINKS



 

          SEARCH
 
    © Azerbaijan National Academy of Sciences
INSTITUTE OF FOLKLORE
All rights are reserved. Using the writings one must based on our site. 2008.