
AFAQ XÜRRƏM qızı RAMAZANOVA
– aparıcı elmi işçi, f.e.n.
12.05.1974-cü ildə Bakı şəhərində anadan olub.
1991-ci ildə 1 saylı orta məktəbi bitirmiş, 1992-ci ildə M.Ə.Rəsulzadə ad. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildə AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə qəbul olmuş, 2006-cı ildə “Azərbaycan folklorunda qadın – ana yaradıcılığı” mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
2011-ci ildə dosent elmi adı almışdır. Hazırda AMEA Folklor İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir.
Ailəlidir, iki övladı var.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI