Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
10.04.2021

Türkiyə və Azərbaycan Qeyri-Maddi Mədəni İrs üzrə YUNESKO kafedralarının onlayn tədbiri keçirilib

09 aprel 2021-ci il tarixində Ankara Hacı Bayram Vəli Universitetinin “Rəsmi və qeyri-rəsmi təhsildə qeyri-maddi mədəni irs YUNESKO kaferası”, AMEA Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir kafedrası”, YUNESKO üzrə Türkiyə Milli Komissiyası, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, YUNESKO-ya akreditə olunmuş qurumlar ─ Qeyri-maddi mədəni irs dərnəyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi birlikdə “Türkiyə və Azərbaycan Qeyri-Maddi Mədəni İrs üzrə YUNESKO kafedralarının onlayn məsləhətləşmə toplantısı” adlı tədbir keçiriblər.


İlk olaraq YUNESKO üzrə Türkiyə Milli Komissiyasının rəhbəri prof. Öcal Oğuz çıxış edərək, bu görüşün Türkiyə və Azərbaycanın YUNESKO kafedraları ilə bağlı ilk tədbir olduğunu qeyd edib. O, Türkiyə və Azərbaycan kafedraları arasındakı əməkdaşlıqda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katiibi Elnur Sultanovun böyük əmək və dəstəyini qeyd edib. Prof.Ö.Oğuz son dövrlər YUNESKO kafedralarının Türkiyədə böyük rəğbət və maraqla qarşılandığını vurğulayıb.
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək, qeyri-maddi mədəni irsin qorunması istiqamətində hər iki ölkədə fəaliyyət göstərən YUNESKO kafedralarının əməkdaşlığının qardaş ölkələrin mədəni irsinin öyrənilməsi, qorunması və təbliğı istiqamətində birgə fəaliyyətlərinin daha da gücləndirməsinə yeni imkanlar yaradacağını ifadə edib.
Daha sonra Ankara Hacı Bayram Vəli Universiteti Türk Xalq Bilimi Uyğulama və Araşdırma Mərkəzinin nümayəndəsi Dr.Gözde Tekin çıxış edərək təmsil etdiyi mərkəzin fəaliyyətindən, araşdırma və layihələrdən, fəaliyyət göstərən muzeyin işindən, nəşrlərdən, iş birlikləri və YUNESKO kürsülərindən bəhs edib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək tədbirin əhəmiyyətinə diqqət çəkib. O, Türkiyədəki qurumlarla, xüsusən YUNESKO xətti ilə qurulan təşkilatlarla əməkdaşlığa böyük ehtiyac olduğunu vurğulayıb. Akademik sahəsindən asılı olmayaraq təhsil, musiqi, dastançılıq ənənəsi və s. ilə bağlı qurulan kürsülərin bir-birinə yaxınlaşmasına böyük ehtiyac olduğunu qeyd edib. O, ortaq problemlərin tapılmasını da zəruri hesab edib. Akademik M.Kazımoğlu-İmanov Yunus Əmrə İnstitutu ilə Folklor İnstitutunun əməkdaşlığına toxunaraq, gələcəkdə Ankara Hacı Bayram Vəli Universiteti Türk Xalq Bilimi Uyğulama və Araşdırma Mərkəzi ilə də əməkdaşlığın qurulmasını vacib sayıb.


Açılış iclasında həmçinin Ankara Hacı Bayram Vəli Universitetinin nümayəndəsi Dr. Ahmet Erman Aral çıxış edərək, təmsil etdiyi qurumun önə çıxan fəaliyyətlərindən bəhs edib.
Açılış iclasından sonra tədbir öz işini kafedra çıxışları ilə davam etdirib. AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin müdiri, fil.e.d.Ramazan Qafarlı “Türk xalqlarının ortaq mənəvi dəyərlərinin öyrənilməsində, təbliğində ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və YUNESKO kafedralarının rolu” mövzusunda çıxış edərək bildirib ki, YUNESKO kafedraları ali təhsil və elm müəssisələri ─ universitetlər və akademiyaların elmi-tədqiqat institutları arasında əməkdaşlığı, akademik mobilliyi gücləndirmək üçün Qlobal Fəaliyyət Planının ayrılmaz hissəsidir. YUNESKO kafedraları proqramı universitetlərarası əməkdaşlığın inkişafının əsas forması hesab edilir, tədris, təlim və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə kömək etmək məqsədi güdülür. R.Qafarlı Türk xalqlarının uşaq folklorunun müştərək öyrənilməsi və təbliği ilə məşğul olacaq YUNESKO kafedrasının açılmasının vacibliyini vurğulayıb.


AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, fil.e.d.,prof.Seyfəddin Rzasoy isə “Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində kafedraların sayının artması üçün görüləcək işlər” mövzusunda çıxış edərək, qeyri-maddi mədəni irsin öyrənilməsi, təbliği sahəsində Türkiyə kafedralarının iş təcrübəsinin son dərəcə böyük olduğunu qeyd edib. O bildrib ki, Azərbaycan kafedraları bu təcrübəni həm nəzəri, həm də praktiki planda öyrənməlidir. Prof.S.Rzasoy YUNESKO kafedraları qarşısında duran mühüm məsələlərdən birinin Novruz mərasim kompleksini geniş şəkildə öyrənmək olduğunu qeyd edib.
Prof.Metin Ekici də söz alaraq bidirib ki, qeyri-maddi mədəni irsin qorunmasında ən başlıca hədəf mirası yaşadaraq qorumaqdır. O, bu cür tədbirlərin əldə edilən təcrübələrin paylaşılması baxımından önəmli olduğunu qeyd edib.
Tədbir iştirakçılarından prof.Muxtar Kutlu, prof. Əli Duymaz, prof.Dilavər Düzgün, Fazil Qasımov və başqaları çıxış edərək kafedraların gələcək perspektivlərini müzakirə ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.