Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Tbilisidə "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı beynəlxalq elmi simpozium keçiriləcək

Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi qədimdir. Bu xalqlar arasında qardaşlığın və dostluğun zəngin təcrübəsi vardır. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqlar dostluğu ilə əlaqədar demişdir: "Biz hər zaman bir-birimizin təəssübünü çəkəcəyik və bu, bizi müasir dövrdə yaşadan tarixi yaddaşdır.
Biz ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün əlimizdən gələni əsirgəməməliyik". Gürcüstan Prezidenti cənab Mixeil Saakaşvili də xalqlarımız arasındakı münasibətləri yüksək qiymətləndirmişdir: "Biz bir-birimizin başlanğıcı və sonu sayılırıq. Bu, problemlərin olmadığı bir münasibətdir. Bundan yaxşısını təsəvvür etmək belə mümkün deyil". Qardaş xalqların elm sahəsində əməkdaşlığını gücləndirmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ardahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə 18-21 aprel 2012-ci il tarixində "Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası" adlı Beynəlxalq Elmi Simpozium keçirməyi qərara almışdır. Bu simpozium filologiya elmləri doktoru, professor, 30 kitab müəllifi Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyevin) xatirəsinə həsr olunacaqdır. Professor Valeh Hacılar uzun illər Azərbaycan-gürcü ədəbi əlaqələrini tədqiq etmişdir.
Xalqlararası əlaqələrin öyrənilməsi və gücləndirilməsi sahəsində göstərdiyi xidmətlərinə görə Valeh Hacılar Gürcüstan Prezidenti tərəfindən "Şərəf ordeni" ilə təltif edilmişdir. Simpoziumun təşkilat komitəsinin həmsədrləri professor Muxtar İmanov (AMEA Folklor İnstitutunun direktoru), professor Aleksandr Kvitaşvili (İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru), professor Ramazan Korkmaz (Ardahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin sədri), Düsen Kaseinov (TÜRKSOY-un baş katibi), professor İlyas Dəmirçi (Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri), professor Cingiz Alyılmaz (Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondunun sədri), professor Coni Apakidze (Suxumi Dövlət Universitetinin rektoru), elmi heyəti isə professor Tsira Baramidze (Qafqazşünaslıq İnstitutunun direktoru), professor Kamran Əliyev (AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan tərəfdən simpoziumun dəyərləndirmə heyətinin sədri), professor İsrafil Abbaslı, professor Füzuli Bayat, fəlsəfə doktoru Əli Şamil, dosent Afaq Ramazanova və digər tanınmış elmi mütəxəssislərdir.
Tbilisi Dövlət Universitetində keçiriləcək simpoziumda Türkologiya və Qafqazşünaslığın problematikası, Qafqaz xalqlarının folkloru, Qafqaz xalqlarının tarixi və mədəniyyəti, linqvokulturologiya (areal linqvistika, tipologiya və komparavistika) mövzuları üzrə məruzələr dinləniləcəkdir.

Alımaz ÜLVİ, "Xalq qəzeti"

15 fevral 2012-ci il.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.