Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
21.03.2021

“Çağdaş əfsanə, konspirativ nəzəriyyə və Covid-19: izolyasiya ili” mövzusunda beynəlxalq vebinar keçirilmişdir

12 mart 2021-ci il tarixində Kule Ukrayna və Kanada Folklor Mərkəzinin təşkil etdiyi “Çağdaş əfsanə, konspirativ nəzəriyyə və Covid-19: izolyasiya ili” mövzusuna həsr olunmuş vebinar keçirilmişdir. Vebinarın baş məruzəçisi Cape Breton Universitetinin folklorşünaslıq üzrə alimi, doktor İan Brodie olmuşdur. Vebinarda Azərbaycanı AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev təmsil etmişdir.
Folklorşünas alim H.Quliyevin verdiyi məlumata görə, dr. İan Brodie əvvəlcə vebinar iştirakçılarına Covid-19 pandemiyasının yaratdığı vəziyyət, insanların izloyasiyada yaşaması və sosial həyatda yaranan narahatlıqlardan bəhs edib.

İnsanların qeyri-müəyyənlik və dəyişikliklər şəraitində, rəsmi və yaxud etibarlı informasiyaların çatışmazlığı vəziyyətində meydana çıxan sualları cavablandırmaqda, şərhlər verməkdə fövqəladə dərəcədə istedadlı olduğunu qeyd edən İan Brodie Covid-19 pandemiyasının ətrafında yaranan çağdaş əfsanələri geniş təhlil edib. Alim bu əfsanələrin dünyanın hazırki vəziyyətinə uyğun gəlməsi və yaxud bizim üçün (onu yaradan insanlar – nəzərdə tutulur) həqiqətə bənzəməsinin əsasında onların inanc sərhəddində yaranmasını qeyd edib. O deyib ki, Covid-19-un gündəlik həyatımızda yaratdığı narahatlıq bir tərəfdən bu barədə yeni çağdaş əfsanələrin, digər tərəfdən isə geniş konspirativ nəzəriyyələr şəbəkəsinin meydana çıxmasına səbəb olmuşdur. Konspirativ nəzəriyyələrin səbəblər barədə bir-biri ilə əlaqəli, lakin uyğunsuz fərdi hekayətlər “hörməklə” metatəhkiyə yaratdığını vurğulayan dr. İan Brodie sonda virtual mühitdə meydana gələn karikatura nümunələrinə də diqqəti yönəldib.
Dr. İan Brodienin geniş məruzəsindən sonra vebinar iştirakçılarının sualları cavablandırılmışdır.


Vebinarda Azərbaycanı təmsil edən filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevlə Dr. İan Brodie arasındaCovid-19 pandemiyası barədə yaranan konspirativ nəzəriyyələr, müxtəlif məzmunlu inanc mətnləri ilə stereotiplər arasında əlaqələr barədə maraqlı fikir mübadiləsi olmuşdur. Dr. İan Brodie qaldırılan problemin konspirativ nəzəriyyələrlə birbaşa bağlı olduğunu qeyd etməklə məsələ barədə geniş izah vermişdir.
Folklorşünas alim Hikmət Quliyev vebinar barədə məlumat verdikdən sonra qeyd edib ki, bir ildən artıq müddətdə dünyanı ağuşuna alan Covid-19 pandemiyası sosial həyatda, eləcə də sosial-mədəni yaradıcılıqda geniş effektlər ortaya çıxarmışdır. Koronavirus mövzusunun İnternet folklorunda yeni məzmun dalğası yaratdığını qeyd edən alim bu barədə real və virtual mühitdə ortaya çıxan folklor faktları üzərində tədqiat apardığını və yaxın vaxtlarda nəşr etdirəcəyini qeyd edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.