Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AMEA Folklor İnstitutunda görüş

27 yanvar 2012-ci ildə Türkiyə Cümhuriyyəti Ərdahan Universitetinin rektoru prof.dr. Ramazan Korkmaz, Türkiyə Cümhuriyyətinin Kafkaz Universitetinin rektoru prof.dr. Sami Özcan, Azərbaycandakı Qafqaz Universitetinin rektoru, prof.dr. Ahmet Saniç, Bakı Asiya Universitetinin rektoru, prof.dr. Cəlil Nağıyev AMEA Folklor İnstitutunun qonağı olublar.
Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov qonaqları səmimiyyətlə salamlayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş bilgi verib. Qonaqların da hər biri başçılıq etdikləri tədris müəssisələrinin elmi-tədqiqat fəaliyyəti haqqında bilgi veriblər.
C.Nağıyev Qafqaz Universitetlər Birliyi haqqında danışıb, birliyin təlim-tədris, elmi-tədqiqat proseslərində ortaq layihələrin hazırlanması və tətbiqi imkanlarından söz açıb.


Görüşdə Mövlanə Cəlaləddin Rumi Fondunun elmi və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün göstərə biləcəyi rolundan da danışılıb. Qeyd olunub ki, bu fond Türkiyədə və Azərbaycanda xalq yaradıcılığının müxtəlif problemlərinin həllində, bu sahə ilə bağlı təqdim olunmuş layihələri maliyyələşdirə bilər.
Muxtar İmanov başçılıq etdiyi institutun bu proqramlarda iştirakı ilə bağlı maraqlı təkliflərlə çıxış edib, ideyanın ortaq layihələr şəklində işlənə bilməsi imkanlarına aydınlıq gətirib.


Görüşdə qərara alınıb ki, yaxın zamanda bu qurumların birgə fəaliyyəti ilə bağlı niyyət protokolu imzalansın, gerçək layihələr təklif edilsin. Ortaq layihələrin hazırlanması üçün Azərbaycandakı Qafqaz Universitetinin pedaqoji fakültəsinin dekan müavini Mehmet Turmuş, AMEA Folklor İnstitutunun şöbə müdiri dos.dr. Ağaverdi Xəlil kordinatorlar müəyyən ediliblər. Görüşdə habelə AMEA-nın Folklor İnstitutundan prof.dr. Kamran Əliyev, elmi işlər üzrə direktor müavini dos.dr. Oruc Əliyev, prof.dr. Füzuli Bayat, elmi katib dos.dr. Elçin Abbasov, dos.dr. Ağaverdi Xəlil, Qafqaz Universitetindən Mehmet Turmuş iştirak ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.