Folklor İnstitutunun əməkdaşı Mədəniyyət kanalının "Səhərçağı" proqramının qonağı olub

19 mart 2021-ci il tarixində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Sönməz Abbaslı Mədəniyyət kanalında "Səhərçağı" proqramının canlı yayımında qonaq olub. O, Novruz bayramının tarixi köklərindən, qlobal humanizmindən, utilitar mədəni-mənəvi zənginliyindən bəhs edib. S.Abbaslı veriliş zamanı ümummilli bayram statusu qazanmış Novruzun adət-ənənələrinə də toxunub.