“Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” kitabı nəşr olunub

Bu günlərdə AMEA Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d.,dos. Şakir Albalıyevin “Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” kitabı işıq üzü görüb. AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Təknur” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya elmləri doktoru, prof.Seyfəddin Rzasoy, rəyçiləri isə fil.ü.f.d.,dos. Qalib Sayılov, fil.ü.f.d.Sevinc Qasımova və fil.ü.f.d.Elçin Qaliboğludur. Kitabda “bayram” anlayışının semantik strukturu, bayramların təsnifatı, bayram probleminin metodoloji məsələləri, Novruz bayramına etnokulturoloji baxışlar, Novruzun etnokulturoloji düşüncə sistemi kimi formalaşmasında mifik inancların rolu, Novruzun etnokulturoloji fəlsəfəsi (təbiətlə cəmiyyətin harmoniyası, Novruz bayramının ritual-mifoloji strukturu: mərasim və simvolika, ilaxır çərşənbələrin ritual-mifoloji simvolikası və kosmoqonik funksiyası, Novruz çillələrinin ritual-mifoloji semantikası: ilaxır çərşənbələr novruzqabağı çillələr kimi, Novruz bayramının yaradılış simvolikasında buta mifologeminin semantikası kimi məsələlərdən bəhs olunur.
202 səhifəlik kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” kitabı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ithaf edilmişdir.