Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
18.03.2021

IV Beynəlxalq Novruz Elmi Araşdırmalar konfransı işinə başlayıb

AMEA Folklor İnstitutu iləTürkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 18 mart 2021-ci il tarixində onlayn formatda IV Beynəlxalq Novruz Elmi Araşdırmalar konfransı keçirilib. Azərbaycan və Türkiyənin dövlət himni və istiqlal marşı, eləcə də Qarabağ şikəstəsi səsləndirildikdən sonra işinə başlayan konfransı İKSAD-ın sədri Mustafa Lətif Əmək açaraq bütün iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Sonra konfransın Fəxri sədri, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək Azərbaycanda Novruz ənənələrindən, onun xalq mədəniyyətində yerindən və milli bayram kimi rəsmi status almasında Ümummilli lider H.Əliyevin rolundan danışıb.

Akademik vurğulayıb ki, qardaş Türkiyə hər zaman – həm cətin günündə, həm xoş günündə Azərbaycanın yanında olub. Türk xalqının mənəvi dəstəyi ilə qazandığımız zəfərin ardından Qarabağın yenidən qurulması istiqamətində dirçəliş hərəkatı başlayıb. Novruz bayramının da mahiyyətini köhnənin tədricən aradan çıxması, yeninin bərqərar olması təşkil edir. Biz erməni vandalları tərəfindən darmadağın edilmiş, daşı daş üstündə qalmayan Qarabağımızı yenidən qurmaq, yaratmaq istəyirik. Bu quruculuq yönündə öz qollarımızı Türkiyəyə və bütün qardaş dövlətlərə və xalqlara açaraq, həm mədəniyyət, həm təhsil, həm də iqtisadi dirçiliş hərəkatında onlarla bir yerdə olmağı arzulayırıq. Bu baxımdan bu gün 10-dan çox ölkədən 200-dən artıq məruzəçinin qatıldığı konfransın elmi dəyərindən başqa siyasi-ictimai, geniş mənada beynəlxalq əhəmiyyəti də vardır. Akademik çıxışının sonunda konfransın təşkilində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Konfransın Azərbaycan üzrə Təşkilat Komitəsinin sədri, AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, prof. Ramazan Qafarlı isə çıxışında Novruz bayramının tarixi və mifoloji köklərindən, bir mədəni hadisə kimi ümumbəşəri mahiyyətindən bəhs edib. Alim Novruzu barış, bərabərlik, dostluq və qardaşlıq bayramı kimi səciyyələndirib.
Daha sonra konfransın Türkiyə üzrə Təşkilat Komitəsinin sədri, Niğde Halisdəmir Universitetinin professoru Mustafa Talas çıxış edib. Professor bildirib ki, baharı müjdələyən, yenidən doğuşu anladan, gözəllikləri ifadə edən Novruz bayramına bu il Qarabağın zəfəri ilə giririk. O, bu zəfərdə payı olanlara, şəhidlərə, qazilərə, eləcə də bütün Türk dünyasında Vətən üçün mücadilə edən hər kəsə minnətdar olduğunu bildirərək, konfransın işinə uğurlar diləyib.
Konfransın Türkiyə üzrə Elmi Komitəsinin sədri, Qazi Universitetinin professoru Necati Demir də əvvəlcə Çanaqqala zəfərinin ildönümü münasibətilə iştirakçıları təbrik edib, bütün şəhidləri sayğı ilə anaraq, vətənin azadlığı uğrunda əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Alim Novruzu bütün türk dünyasının ortaq bayramı adlandırıb və musəvi, xristian, müsəlman, eləcə də şamanist türklər tərəfindən qeyd edildiyini vurğulayıb.

Konfransın Azərbaycan üzrə Elmi Komitəsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova çıxış edərək bildirib ki,bizim bütün sahələrdə gücümüz elmə dayanmalıdır, elm olmadığı yerdə inkişaf və tərəqqi də olmaz. O, Novruzun yenilik, gözəllik, oyanış və dirçəliş bayramı olduğunu qeyd edərək,d irçələn Qarabağın şəhər və kəndlərinin əvvəlkindən də daha gözəl qurulacağına əminliyini ifadə edib.


Daha sonra Türkiyənin Stratejik Düşüncə İnstitutunun rəhbəri, təqaüddə olan general-mayor, dosent Güray Alpar çıxış edərək, İKSAD-ın təşkil etdiyi bu konfransın gözəl nəticələrə vəsilə olacağına, türk elm dünyasını yeni cığırlara yönəldəcəyinə ümid etdiyini bildirib.
Konfrasın açılış mərasiminin sonunda İKSAD-ın Azərbaycan koordinatoru Elvan Cəfərov İKSAD adından akademik Muxtar Kazımoğlu-İmanova, prof. Ramazan Qafarlıya və prof. Mahirə Hüseynovaya hədiyyələr təqdim edib.
İki gün davam edəcək konfrans öz işini 23 bölmədə 218 məruzə ilə davam etdirəcək. Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Bolqarıstan, Macarıstan, Avstarliya, Ukrayna, Pakistan, Livan, Özbəkistan, Rumıniya, Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan və Çin kimi ölkələrdən müxtəlif elm adamları və ziyalılar qatılıblar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.