Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
15.03.2021

“Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda dəyirmi masa keçirilib

15 mart 2021-ci il tarixində AMEA Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının təşkilatçılığı ilə “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda onlayn Dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Akademik bildirib ki, bu gün ikinci tədbirini keçirən “Aşıq Şəmşir” kafedrasının fəaliyyətində əsas istiqamətlərdən birini Qarabağ xalq mədəniyyətinin öyrənilməsi təşkil edir. Şifahi söz sənətinin, eləcə də aşıq sənətinin inkişafı baxımından zəngin bölgələrimizdən olan Kəlbəcərin folklor mühitinin Qarabağ xalq mədəniyyəti kontekstində öyrənilməsi daha səmərəlidir. Belə ki, həm coğrafi baxımdan, həm ruh etibarı ilə Aşıq Şəmşirin sənəti Qarabağ xalq mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır. M.Kazımoğlu-İmanov çıxışında onu da vurğulayıb ki, dəyirmi masanın 15 martda keçirilməsi heç də təsadüfi deyil, belə ki, bu gün ustad sənətkar Aşıq Şəmşirin anadan olduğu gündür.


Sonra institutun əməkdaşı, fil.ü.f.d., dos. Sönməz Abbaslı “XIX-XX əsrlər Qarabağ aşıq mühiti” mövzusunda məruzə edərək, bu mühitin saz-söz ustalarının hər birinin bədii sözün dəyərini dərk edən və aşıq şeirinin istənilən şəklində, istənilən mövzuda qələm çalmağı bacaran sənətkarlar olduğunu diqqətə çatdırıb. O, Kəlbəcərdə doğulub boya-başa çatmış Aşıq Şəmşirin yaradıcılığına toxunaraq bildirib ki, yurduna, obasına bağlılıq, el arasında böyük hörmət sahibi olması ustada “Dədə Şəmşir” adını qazandırıb. Ustad aşıq yazmış olduğu qoşma, gəraylı, müxəmməs, təcnis və bağlamalarında Kəlbəcər təbiətini böyük heyranlıqla tərənnüm etməklə yanaşı, hər kəsi vətəninə, elinə arxalanmağa çağırıb.


Fil.ü.f.d., dos. Səbinə İsayeva isə “Aşıq Şəmşir və Qarabağ dastançılıq ənənəsi” mövzusunda məruzə edərək Qarabağda dastançılığın klassik ənənələr üzərində inkişafından danışıb. O, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan, yaradıcılığında ənənə və novatorluğu üzvi şəkildə birləşdirən Aşıq Şəmşirin dastan yaradıcılığı haqqında ətraflı məlumat verib.
Daha sonra “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, fil.ü.f.d. , dos. Adil Cəmil “Aşıq Şəmşir və Qarabağ gülüş mədəniyyəti” mövzusunda çıxış edib. Alim bildirib ki, aşıq-ozan təhkiyəsinin bir qolunu xalqdan gələn incə yumor, xəfif gülüş, bəzəmələr, dodaqqaçdılar və s. təşkil edir ki, bunları da el şairlərinin, aşıqların yaradıcılığında izləmək mümkündür. Aşıq Şəmşir yaradıcılığında bu motivi ən çox onun deyişmələrində, məktublaşmalarında görmək olur. A.Cəmil bildirib ki, aşığın hətta bəzi bayatılarında da sarkazm səviyyəsinə yüksələn gülüşü izləmək mümkündür.


Folklor İnstitutunun əməkdaşı fil.ü.f.d.,dos. Ləman Süleymanova “Qarabağda xalq lirikası: dünən və bu gün” mövzusunda çıxış edərək Qarabağda mövcud olan lirik növün janrlarından, xüsusilə bayatı, xalq mahnıları, dini şeirlər, aşıq şeirləri, sağın nəğmələri, sayaçı sözləri, mərsiyələr və s. haqqında məlumat verib. O, Aşıq Şəmşirin də yaradıcılığına toxunaraq onun həm xalq bayatılarından bəhrələndiyini, həm də müstəqil formada bayatı yazdığını qeyd edib.
Tədbirə qatılan Həbib Misirov təmsil etdiyi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi adından institut rəhbərliyinə və məruzəçilərə dəyirmi masa üçün dərin təşəkkürünü bildirib və qeyd edib ki, cənab prezident İ.Əliyevin Qarabağa qayıdış planı çərçivəsində Qarabağ mədəniyyətinin və folklorunun dirçəlişində hər zaman institutla birgə əməkdaşlığa hazırdır.
Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO üzrə nümayəndəsi Fazil Qasımov söz alaraq Qarabağ folklorunun toplanması, araşdırılması və öyrənilməsinin əhəmiyyətindən danışıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.