Sevinc Qasımovanın "Unudulan Novruz adətləri" mühazirəsi keçirilib

12 mart 2021-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində AMEA Folklor İnstitutunun "Mifologiya" şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın təqdimatında “Unudulan Novruz adətləri” mühazirəsi keçirilib. S.Qasımova tədbirdə milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayramının tarixi, onunla bağlı mərasim ənənələri, inanclar barədə ətraflı məlumat verib. O, tarixən mövcud olan və tədricən unudulan Novruz adətlərindən danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. S.Qasımova həmçinin müəllifi olduğu 2 kitabı muzeyin kitabxanasına hədiyyə edib. Qeyd edək ki, karantin qaydalarına əsasən tədbirdə 10 nəfər iştirak edib. Mühazirə muzeyin instagram səhifəsindən canlı olaraq yayımlanıb.
 
|