“Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda dəyirmi masa keçiriləcək

15 mart 2021-ci il tarixində, saat 10.00-da AMEA Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının təşkilatçılığı ilə “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda onlayn Dəyirmi masa keçiriləcəkdir.
İştirakçılar:
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov – Giriş sözü
AMEA Folklor İnstitutu Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Sönməz Abbaslı – “XIX-XX əsrlər Qarabağ aşıq mühiti”
AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Səbinə İsayeva – “Aşıq Şəmşir və Qarabağ dastançılıq ənənəsi”
“Ədəbiyyat” qəzetinin şöbə müdiri, fil.ü.f.d. Adil Cəmil – “Aşıq Şəmşir və Qarabağ gülüş mədəniyyəti”
AMEA Folklor İnstitutu Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Ləman Süleymanova – “Qarabağda xalq lirikası: dünən və bu gün”