Elçin Abbasovun "Türk xalqları mədəniyyətində əjdaha simvolu və onun mifoloji semantikası” mühazirəsi keçirilib
Azərbaycan Milli Xalça Muzeyində AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun təqdimatında “Türk xalqları mədəniyyətində əjdaha simvolu və onun mifoloji semantikası” mühazirəsi keçirilib. Alim tədbir iştirakçılarına türk xalqlarının ənənəvi mədəniyyətində, həmçinin hərb və dövlətçilik tarixində əjdaha simvolunun anlamı, bu obrazın mifoloji və dini semantikası barədə ətraflı məlumat verib.
Karantin qaydalarını nəzərə alaraq, 10 nəfərin iştirakı ilə keçirilən mühazirə muzeyin instagram səhifəsindən canlı olaraq yayımlanıb.

 |