Folklor İnstitutunun qadın əməkdaşları təltif olunublar

05 mart 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi akademiyanın elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə və 8 mart ─ Beynəlxalq Qadınlar Günü münasibətilə Folklor İnstitutunun əməkdaşları Azsaylı xalqların folkloru şöbəsinin müdiri, fil.ü.f.d.,dos.Afaq Ramazanova və Təhsil şöbəsinin müdiri, fil.ü.f.d.,dos.Fidan Qasımovanı Fəxri fərmanla təltif edib. Təltifə layiq görülən əməkdaşlarımızı təbrik edir və onlara gələcək elmi və ictimai fəaliyyətlərində uğurlar diləyirik.
