Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
 

Bəşəriyyətin qara ləkəsi – Xocalı soyqırımı



“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”
Ümummilli Lider Heydər Əliyev

Xocalı faciəsini yalnız Xocalı sankinləri deyil, eyni zamanda bütün azərbaycanlılar o dəhşətli günləri yada saldıqda göz yaşlarını saxlaya bilmir. Hətta hər bir hadisəni insanlar iliklərinə qədər hiss edir. O ağrılı, acılı günlər heç bir zaman xalqımızın yaddaşından silinməz. Əslən Qarabağlı olmasam da, həyatı dərk edəndən özümü qarabağlı hiss etdim. O vaxtdan bu günə qədər qəlbimdə heç cür rahatlıq tapa bilmədiyim və hər dəfə adı çəkiləndə göz yaşlarımı saxlaya bilmədiyim bir ərazi vardı. Həmin ərazinin 1991-ci ildə əsası qoyulmuş Xocalı şəhəri idi.

Bəli, bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımların təkrarı olan Xocalı faciəsindən 29 il keçsə də, erməni-rus hərbi birləşmələrinin törətdikləri qırğının yaraları sağalmır. Bir gecədə ermənilərin və rus ordusunun 366-cı motoatıcı diviziyasının iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi qətlə yetirilən Xocalıda əsl soyqırımı törədildi. Həmin gecə bütöv bir şəhər yerlə yeksan edildi. Xocalıda insanların başlarına gətirilən zülmlər, vəhşiliklər, 8 ailənin tamamilə məhv olması, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca, 25 uşaq hər iki valideynini itirməsi, ümumilikdə 613 nəfərin həlak olması boğazımda düyümlü olaraq qalır. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. O dəhşətli gecədə ağappaq qarın üstünə sanki, qan yağmışdı.

Hələ işgəncələrə məruz qalaraq həlak olan əhalini nəzərə alsaq insanın qanı donur sanki. Bütün bunların bir adı vardı – Xocalı Soyqırımı! Bəşəriyyət üçün Xocalı soyqırımı qara ləkədir.

Hər dəfə müxtəlif vaxtlarda Xocalıya ədalət kompaniyası keçirilir. Müxtəlif petisiyalar imzalanılır. Bu günə qədər sosial şəbəkələrdə gənclərin aktivliyi nəticəsində müxtəlif həştəqlərlə kompaniyaların keçirilməsinə nail oluruq. Dünyanın səssiz qaldığı Soyqırıma biz gənclər səssiz qala bilmərik.

Xocalı haqqında müxtəlif elmi məqalələr yazılmış və kitablar çap olunmuşdur. Hətta Xocalı haqqında bir neçə film (“Qar qırmızı Xocalı”, “Xoca”, “Xocalıda sonuncu fevral” və s.) və musiqilər də bəstələnib oxunmuşdur. Qardaş ölkə Türkiyədə hər il Xocalı qurbanları anılır, hətta Xocalı faciəsinin qurbanlarına həsr olunmuş abidə də vardır. Xalq şairi Zəlimxan Yaqubun “Layla, Xocalım, layla” şeirində Xocalıda baş verənlər çox aydın şəkildə təsvir olunmuşdur. Şeirin bəndlərindən biri belədir:
Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümdə yaşmı qaldı,
Layla, Xocalım, layla.

İllər sonra rəşadətli ordumuzun və cənab Prezident İlham Əliyevin səyləri nəticəsində yenidən Qarabağa – Xocalımıza qayıtdıq. Amma buna baxmayaraq heç bir vətəndaş tarixi qətliamı unutmamalıdır. Cinayət cəzasız qalmamalıdır. Ermənistan hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətdə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

AMEA Folklor İnstitutunun əməkdaşı Nigar İmaməliyeva

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.