Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
26.02.2021

Qarabağın qanayan yarası – Xocalı, yaxud üzr istəmək vacibdir...

Xocalı 26 fevral 1992-ci ildə Ermənistan tərəfındən işğal edilmişdir. Əslində işğal sözü baş vermiş hadisələrin yanında çox cılız görünür. Xocalı ermənilər tərəfindən qətlə yetirilmişdir desək, daha doğru olar.
Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), kənd olmuşdur. Xocalı ərazisi ən qədim me¬marlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), XIX əsrdə aşkar edilmiş, son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidə olan Xocalı qəbiristanlığı, çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s., Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları, Meşəli kəndi ərazisində, Meydan yaylağında “Seyid qəbri”, “Yeddi kilsə” (Alban kilsəsi) ziyarətgahları, bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi. Xocalıda yerləşən bəşəriyyətin ən qədim mədəniyyət abidələri, təəssüf ki, erməni işğalı nəticəsində dağıdılmışdır.

Xocalı 1991-cı ilin oktyabr ayından etibarən blokadada idi. Oktyabrın 30-da avtomobillə gediş-gəliş kəsilmiş, vertolyot əlaqəsi qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyot vurularaq 40 nəfərin faciəli şəkildə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən etibarən şəhərə elektrik enerjisi verilmirdi, xalqın qəhrəmanlığı və müdafiəçilərin şücaəti sayəsində şəhər təslim olmurdu.
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası Xocalı şəhərini faciəli şəkildə işğala başladı. Rusiyanın Memorial İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (13 uşaq, 51 qadın 130 kişi) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi bir nəfərin diri ikən baş dərisinin soyulması faktını da qeydə almışdır.

ƏO günlərdə Xocalı sakinlərinə əlimiz yetmirdi, cəsədləri belə götürə bilmirdik. Ermənilər isə meşədə gözlənənləri ələ keçirib işgəncə verirdilər. Yalnız 28 fevralda bir qrup jurnalist iki helikopterlə qətliyamın törədildiyi yerə yetişə bildilər. Oradakı mənzərə hər kəsi dəhşətə gətirmişdi – çöl-düz cəsədlərlə dolu idi. İkinci helikopterin havadan qorumasına baxmayaraq, ermənilərin ağır atəşi altında sadəcə 4 cəsət götürmək mümkün olub.

Martın 1-də yerli və xarici jurnalistlər daha faciəli bir mənzərənin şahidi oldular. Cəsədlər təhqir edilmiş, baş dərisi, qulaqları və digər orqanlarının kəsilmiş, gözlərin çıxarılmış, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmə, yanıq yerləri aşkar edilmişdi.

Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmaqla 613 Xocalı sakini qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır. 1275 nəfər əsir götürülmüşdür. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 76 uşağın taleyi bu günədək məlum deyil. 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış yeri, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil müəssisəsi, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət evi, 5 rabitə məntəqəsi və s. yerlə yeksan edilmişdir.

Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə başlatdığı münaqişənin ən qorxunc və qanlı faciəsini əks etdirir.

Erməni təcavüzkarlarına qarşı fədakarlıqla mübarizə aparan Xocalının 10 sakini – Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra), Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra), Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra), Füzuli Salah oğlu Rustəmov (ölümündən sonra), Araz Bahadur oğlu Səlimov (ölümündən sonra), Təbil Qasım oğlu Həsənov (ölümündən sonra), İnqilab Ələkbər oğlu İsmayılov (ölümündən sonra), Şakir Şamil oğlu Salahov (ölümündən sonra), Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra), Mövsüm Şahin oğlu Məmmədov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

366 alayın Xocalı soyqırımında rolu xüsusilə qeyd edilməlidir. Erməni silahlı birləşmələrinin və Azərbaycanın yaşayış məntəqələrinin bombalanmasında iştirak edən 366-cı motoatıcı alayın şəxsi heyəti Xocalı vandalizminin əsas səbəbkarlarıdır. Xocalı soyqırımında ermənilərin və onların havadarlarının hərəkətləri, insan hüquqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktlar – Cenevrə Konvensiyası, İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Fövqəladə Hallarda Qadın və Uşaqların Müdafiəsi Bəyannaməsi və s. nəzərə alınmır.

28 illik işğaldan sonra Ermənistanın məcburi deportasiya və hərbi cinayətlər nəticəsində Azərbaycana verdiyi iqtisadi və sosial ziyan həddən artıq çoxdur. Ermənilərin törətdikləri qətliyamlar beynəlxalq soyqırım və hərbi cinayətlər hüququnun müəyyənləşdirdiyi bütün meyarlara cavab verir.

Burada bir xüsusu vürğulamaq istərdim. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı alman rəhbərliyinin II Dünya Müharibəsi dövründə milli və dini nifrət zəminində yəhudilərə qarşı törədilən soyqırımla bağlı Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya qəbul etdi. Bunun ən məşhur nümunəsi 1952-ci ildə yəhudi soyqırımı üçün alman dövləti ilə İsrail arasında repatriasiya ödəməsidir. Qanun alman hökumətini 6 milyon yəhudinin ölümündə günahkar hesab etdi və Berlin İsrailə milyardlarla dollar təzminat ödədi. Alman hökuməti birdəfəlik və aylıq ödəmələr edərək Holokost fafiəsinə görə bütün məsuliyyəti öz üzərinə götürdü. Almaniyanın rəhbərliyi hər il Holokost qurbanlarını anır və yəhudi xalqından ÜZR İSTƏYİRLƏR.

Burada haşiyəyə çıxaraq daha bir hadisəni yada salmaq istərdim. 1 iyul 2002-ci ildə Überlingen və Konstans Gölü yaxınlığında Başqırd Hava Yollarının Tu-154M sərnişin təyyarəsi (BTC 2937 Moskva-Barselona reysi) və DHL-in Boeing 757-200PF yük təyyarəsi (DHX 611 Muharrac-Bergamo-Brüssel reysi) İsveçrəli bir məmurun səhlənkarlığı nəticəsində toqquşdu. Hər iki təyyarədəki 71 nəfərin hamısı – 2-si Boeing 757-200PF-də (hər iki pilot) və 69 nəfər Tu-154M-də həlak oldu. Tu-154M sərnişin təyyarəsində 9 heyət üzvü və 60 sərnişin var idi. Bu 60 sərnişinin 52-si İspaniyaya tətilə uçan uşaqlar idi. Bu səyahət dövlət büdcəsi hesabına YUNESKO Başqırdıstan Komitəsi tərəfindən YUNESKO ixtisaslaşdırılmış məktəbin ən yaxşı tələbələri və müxtəlif olimpiadaların qalibləri üçün bir təşviq olaraq təşkil edilmişdi. Bir gün öncə bu qrup təyyarəyə yetişə bilmədiyindən uçuş təxirə salınmışdı. Səyahət agentliklərinin təkidi ilə Başqırd Hava Yolları yeni bir reys təşkil etdi və əlavə 8 bilet satdı. O biletlərdən üçünü Vitali Kaloyevin ailəsi son anda ala bilmişdi.

İki nəfərin bütün ailəsi bu qəzada həlak olmuşdu. Onlardan biri rus, digəri isə osetin Vitali Kaloyev idi. Bütün ailəsini itirdikləri üçün onların hər ikisinə 2.500.000 € təklif edilmişdi. Rus pulu alıb vətəninə geri dönmüş, Vitali Kaloyev isə puldan imtina etmişdi. Onun əvəzində ailəsinin ölümündə günahkar olan İsviçrə şirkətinin ondan üzr istəməsini tələb etmişdir.
İki il məcbur etməsinə baxmayaraq, onlardan üzr eşitməyən V.Kaloyev hava nəqliyyatı dispetçeri Peter Nielsenin evinə gedərək ondan ailəsi üçün üzr istəməsini tələb etmiş, Peter Nielsen isə onu itələyərək yerə yıxmışdır. O, ayağa qalxaraq Peter Nielseni ailəsinin gözü önündə 12 bıçaq zərbəsi ilə öldürmüşdür. Ədalətə təslim olan V.Kaloyev 8 il həbs cəzasına məhkum edilmişdir. Nümunəvi davranışına görə 2007-ci ildə sərbəst buraxılmış və vətəninə geri dönmüşdür. 2008-2016-cı illər arasında o, Şimali Osetiya-Alaniya Respublikasında İnşaat və Memarlıq nazirinin müavini vəzifəsində çalışmışdır. V.Kaloyev Osetiyanın Zəfər Medalı ilə təltif edilmişdir.

Bu hadisədə ən önəmli şey ailəsini qətlə yetirən birindən ÜZR EŞİTMƏK idi. O üzr bütün ailəsini itirən birinin ürəyinə məlhəm olacaqdı. Jurnalistin “P.Nielsen sizdən üzr istəsə idi nə olacaqdı?” sualına V.Kaloyev, “ONUN ÜZRÜ MƏNİM UŞAQLARIMI GERİ QAYTARA BİLMƏZ, təbii ki, mən bunu anlayıram, AMMA ÜRƏYİMDƏKİ ƏDALƏT YERİNİ TAPACAQDI” deyə o cavab verir.

İstər Holokost hadisələrində, istərsə də V.Kaloyevin hekayəsində üzr istəmək dəhşətli faciənin könül yanğısına zərrə qədər məlhəm ola bilərdi. Qarabağda ermenilərin işğal və cinayət təzminatına dair kifayət qədər sübut var. Ermənistan Qarabağ müharibəsində törətdiyi ən böyük qətliyam olan Xocalı soyqırımı üçün Azərbaycan xalqından rəsmi olaraq ÜZR İSTƏMƏLİDİR, həm də hər il fevralın 26-da... Təbii ki, onların ÜZRÜ İNSANLARIMIZI GERİ QAYTARA BİLMƏZ, AMMA ÜRƏYİMİZDƏKİ ƏDALƏT DUYĞUSU, az da olsa, YERİNİ TAPMIŞ OLAR.

Bu qətliyamı törədənlər ədalət qarşısında mühakimə olunmalı, ölən və yaralananların ailələrinə təzminat verilməli və günah etiraf edilməlidir. Dövlət siyasəti terrorizm və təcavüz olan Ermənistan bu cinayətlərə görə beynəlxalq hüququn qarşısında cavab verməlidir.

Qumru Şəhriyar
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitusu Azərbaycan Birliyinin üzvü

Qarabağın qanayan yarası – Xocalı, yaxud üzr istəmək vacibdir... (olke.az)

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.