Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
24.02.2021

Folklor İnstitutunda Xocalı şəhidlərinin xatirəsi anılıb

24 fevral 2021-ci il tarixində AMEA Folklor İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Onlayn formada baş tutan tədbirdə ilk olaraq soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclası açaraq Xocalı faciəsinə həsr olunmuş tədbirin bu il başqa əhval-ruhiyyədə keçirildiyini və bunun səbəbinin Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində qazanılan zəfər olduğunu bildirib. Akademik qeyd edib ki, biz 20 yanvar və Xocalı faciələrindən,qanlı-qadalı illərdən keçmişik, amma heç vaxt torpaqlarımızın azad olunacağına olan ümidimizi itirməmişik. Hər zaman əzmkarlığımız, mübarizliyimiz və döyüşkənliyimiz sayəsində qalib gələcəyimizə inanmışıq. Bizim gələcəyə baxıb düşünməyimizin, daim hərəkət etməyimizin, toparlanmağımızın, öz gücümüzü, öz əzmimizi yumruq kimi bir yerə cəmləməyimizin nəticəsi idi ki, 44 günlük döyüşdən şərəflə, qalibiyyətlə çıxdıq. Akadademik M.Kazımoğlu-İmanov Xocalı faciəsini təkcə bir xalqa, bir millətə qarşı yönəldilmiş soyqırım və qətliam hadisəsi kimi deyil, ümumən insanlığa qarşı yönəlmiş cinayət əməli kimi dəyərləndirib.


Daha sonra söz institutun “Xarici əlaqələr” bölməsinin rəhbəri Əli Şamilə verilib. O, çıxışında Xocalı faciəsi ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərin keçirildiyini və faciə qurbanlarının şərəfinə abidə ucaldıldığını qeyd edib, Xocalı hadisələri baş verən zaman müəmmalı qalan məsələlərdən danışıb.
İnstitutun baş elmi işçisi, fil.e.d. Nizami Muradoğlu da çıxışında Xocalı faciəsini insanlıq tarixində görünməyən vəhşiliklə törədilmiş bir soyqırım adlandırıb. Şair-alim daha sonra Xocalı haqqında yazmış olduğu şeiri səsləndirib.
Çıxış üçün söz alan, İnstitutun “Mifologiya” şöbəsinin müdiri, fil.e.d.,prof. Seyfəddin Rzasoy Xocalı faciəsinin hər bir azərbaycanlının yaddaşına utanc səhifəsi kimi yazıldığını, millətin hər bir fərdinin bağrından, ürəyindən asıldığını qeyd edərək, Qarabağda qazanılmış zəfərdə Xocalı intiqamının müstəsna rol oynadığını bildirib.
Tədbir iştirakçılarından şairə-alim Qiymət Məhərrəmli isə çıxışında Qarabağ uğrunda 44 günlük mücadilənin öz nəticəsini verdiyini bildirərək, şəhidlərə həsr etdiyi şeirini səsləndirib.
“Mərasim folkloru” şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Ağaverdi Xəlil də çıxış edərək dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidlərinin daim qəlblərdə yaşadığını və xatirələrinin əziz tutulduğunu bildirib. O, gələcək perspektivdə Xocalı ilə bağlı kitabların, topluların və məcmuələrin işıq üzü görməsi ilə Xocalının folklor mətnlərində yenidən bərpa ediləcəyi fikrini də irəli sürüb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.