AMEA Folklor İnstitutunun əməkdaşı İctimai Tv-nin “Sabahın xeyir, Azərbaycan!” proqramının qonağı olub

Bu gün AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Sönməz Abbaslı İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan!” proqramının canlı yayımında qonaq olub. O, ibtidai dünyagörüşü və təsəvvürlərə əsasən qışın “üç çillə”yə bölünməsi fikrinin bu gün də xalq arasında yaşarlığını sürdürdüyü qeyd edərək Boz ayın ilk çərşənbəsi olan Su çərşənbəsinin tarixi köklərindən, suya tapınmanın izlərindən və bölgələr üzrə keçirilmə özəlliklərindən bəhs edib. S.Abbaslı veriliş zamanı su kultuna inamla bağlı yaranmış atalar sözü, deyim və fallar, eləcə də unudulmuş inanclarımızla da bağlı fikirlərini tamaşaçılarla bölüşüb.