Folklor İnstitutunun əməkdaşı ARB 24 Tv-də Su çərşənbəsi ilə bağlı çıxış edib

AMEA Folklor İnstitutunun əməkdaşı fil.ü.f.d.dos. İlhamə Qəsəbova ARB 24 Tv-yə onlayn formada qoşularaq Su çərşənbəsi ilə bağlı çıxış edib. O bildirib ki, bayramlarımızın şahı sayılan Novruz bayramı təzə il, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Varlığımızın simvolu olan Novruz bayramı bir kompleks olaraq -- mifləri, arxaik mərasimləri, oyun və tamaşaları, adət-ənənələri, mahnı və nəğmələri, epik, lirik dramatik folklorun bayramla bağlı bir çox janrlarını, eləcə də mətbəx məişət məsələlərinə qədər saysız ənənələri birləşdirir. O, xalqımızın Novruz bayramı ərəfəsində çərşənbələrə xüsusi önəm verdiyini və ilk çərşənbəmiz olan Su çərşənbəsinin çərşənbələr arasında xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti olduğunu diqqətə çatdırıb.