Folklor İnstitutunun əməkdaşı Baku Tv-də Novruz bayramı haqqında danışıb

AMEA Folklor İnstitutu "Mifologiya" şöbəsinin əməkdaşı, fil.ü.f.d.,dos. İlhamə Qəsəbova Baku Tv-də Novruz bayramı ilə bağlı çıxış edib. O, çıxışı zamanı Novruz bayramının qədim tarixə malik olduğunu, həyatımızın ayrılmaz parçasına çevrildiyini, bütövlükdə mərasim hadisəsi olduğunu vurğulayaraq şifahi ədəbiyyatda daha qədimlərə söykənən Novruz bayramının yazılı ədəbiyyatda X əsrdən uzağa getmədiyini, lakin bayramın köklərinin daha qədimə vardığını bildirib. Mahmud Kaşqarlının "Divani-lüğət- it-türk" əsərində, "Kitabi-Dədə Qorqud" və qədim türk dastan-rəvayəti olan "Ergenekon"da Novruz bayramı haqqında faktlardan söhbət açan əməkdaşımız eləcə də çərşənbələrlə bağlı geniş məlumat verib.