Azərbaycan Radiosu ilə Türkiyenin sesi radiosunun ortaq "Durna teli” verilişində Novruz ənənələri haqqında danışılıb

AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin aparıcı elmi işçisi, fil.ü f.d.,dos. Aynur İbrahimova Azərbaycan Radiosu ilə Türkiyenin sesi radiosunun ortaq "Durna teli” proqramının canlı yayımında qonaq olub. O, türk düşüncəsinə görə təqvim başlanğıcı olan Ergenekondan çıxış günü türklərin diriliş, qurtuluş, yaradılış bayramı Novruzun tarixindən, ilkin mifoloji-kosmoqonik görüşlərə bağlılığından söhbət açıb. Verilişdə çox geniş coğrafiyaya yayılmış Novruzun müxtəlif toplumlarda fərqli qavranılması, ayrı-ayrı folklor mühitlərində ilaxır çərşənbələrin adlandırılması və sıralanması, şifahi düşüncədə, yaddaşda yaşayan Novruz mətnlərinin çoxvariantlılığı məsələlərinə də toxunulub.