AMEA Folklor İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

11-12 fevral 2021-ci il tarixində İQTİSADİ KALKINMA VƏ SOSİAL ARAŞDIRMALAR İNSTİTUTUNUN (İKSAD) təşkilatçılığı ilə II Beynəlxalq Dünya Qadın Konfransı keçirilib. Onlayn formada keçirilən konfransın açılış mərasimində Bakı Qızlar Universitetinin professorları Ağarəhim Rəhimov, Sevinc Rəhimova və Ulduz Qəznəvi, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova, Türkiyədən Dr. Seda Tüfekçioğlu, Dr. Deniz Tuncer və Tuğba Aydın Öztürk çıxış ediblər. Konfransın bölmə iclasında AMEA Folklor İnstitutunun "Mifologiya" şöbəsinin əməkdaşı fil.ü.f.d.,dos. İlhamə Qəsəbova "TÜRK KADIN KAHRAMANLARININ SAVAŞ PSİKOLOJİSİ" mövzusunda məruzə ilə çıxış edib. Tədbirə Pakistan, Hindistan, Türkiyə, Qazaxıstan, Rumıniya, Nigeriya, Səudiyyə Ərəbistanı, Rusiya və İndoneziya kimi ölkələrdən də alimlər qatılıblar.
