Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
12.02.2021

Folklor İnstitutunun Qadınlar Şurası 11 fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunmuş tədbir keçirib

11 fevral 2020-ci il tarixində AMEA Folklor İnstitutu Qadınlar Şurasının 11 Fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan “44 Günlük Qarabağ Müharibəsi və Koronavirus Pandemiyasi Dövründə Qadın və Qızlarımızın Elmdə və Cəmiyyətdə rolu” mövzusunda onlayn iclası keçirilib. Tədbiri açan Folklor İnstitutu Qadınlar Şurasının sədri fil.ü.f.d.,dos.Məleykə Məmmədova iclas iştirakçılarını salamladıqdan sonra günün əhəmiyyətindən bəhs edərək qeyd edib ki, BMT-nin 22 dekabr 2015-ci ildə qəbul etdiyi qətnamə ilə sözügedən əlamətdar gün təsis olunub. İlk olaraq söz iclasda qonaq qismində iştirak edən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası İnvaziv Kardiologiya şöbəsinin böyük tibb bacısı Sənubər Talıbovaya verilib. O, koronavirus pandemiyası dönəmində zərif məxluq sayılan qadın və qızların həm mənəvi, həm də fiziki baxımdan əziyyət çəkən xəstələrə göstərdikləri diqqət və qayğıdan bəhs edib. S.Talıbova sözünə davam edərək bildirib ki, pandemiya şəraitində tibb sahəsində çalışan qadın və qızların çoxu ailədən uzaqda olub narahatçılıq hissi keçirsələr də özlərində güc tapıb işlərinin öhdəsindən uğurla gəliblər. Şuranın üzvü, “Cənubi Azərbaycan” şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Mətanət Abbasova isə çıxışı zamanı bildirib ki, qadınlarımızın müasir dövrdə həm dünya ictimai elmində, həm də prosesində fəaliyyətləri geniş olsa da humanitar sahələrdəki fəaliyyətləri daha çox qabardılır. M.Abbasova sözünə əlavə edərək qeyd edib ki, istər beynəlxalq səviyyədə, istərsə də Azərbaycanda hərbi, siyasi, iqtisadi, sosial şərtlər üzərindən qadınların fəallığının artması daha çox gender problemi ilə bağlıdır. Şura üzvlərindən olan institutun baş mütəxəssisi Afaq Mustafayeva isə çıxışı zamanı koronavirus pandemiyası şəraitində insanların bir-birinə mənəvi dəstək olmasının əhəmiyyətini, məhz milli düşüncənin, adət-ənənə və folklor yaddaşının insanı dərd-bəladan, bədbinlikdən, düşdüyü çətin vəziyyətdən qoruduğunu diqqətə çatdırıb, bu ab-havadan doğan “Koronavirus pandemiyası: “Yaman gün az çəkər” deyiblər” başlıqlı yazısından bəhs edib. Fil.ü.f.d.dos.Nigar Həsənova mövzu ilə bağlı fikirlərini bölüşərkən ötən ildə I və II Qarabağ savaşı ilə bağlı “Azad Azərbaycanım”, “Qarabağlı Azərbaycanın vətəndaşıyam” başlıqlı yazılarının işıq üzü gördüyünü, eləcə də ardıcıl surətdə təlimlərə qoşulduğunu bildirib. O, 44 günlük Qarabağ savaşı zamanı xalq-dövlət-ordu birliyinin də böyük önəm daşıdığını qeyd edib. Fil.ü.f.d.Sevinc Qasımova çıxışı zamanı ötən ildə də elmi yaradıcılığını davam etdirdiyini bildirib və Novruz inancları ilə bağlı nəşr edilən tədqiqatından bəhs edib. Fil.ü.d.f.d.Gülnar Osmanova söz alaraq pandemiya və müharibə şəraitində qadın və qızların fədakarlığını yüksək qiymətləndirib, eləcə də şura üzvlərinə gələcək işlərində uğurlar arzulayıb Fil.ü.f.d.Aytac Abbasova çıxışı zamanı bildirib ki, pandemiya şəraitində distant təlimlərə, virtual konfranslara qoşulub, aldığı elektron sertifikatlar isə gələcək fəaliyyəti üçün motivasiya rolunu oynayıb. Folklor İnstitutunun əməkdaşı Nigar İmaməliyeva isə gənc olaraq göstərdiyi fəaliyyətdən bəhs edərkən ötən il informasiya müharibəsində aktiv iştirakına görə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı tərəfindən sertifikatla təltif olunduğunu, eləcə də bu il Yasamal rayonunun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə və 2 Fevral ─ Azərbaycan Gəncləri günü münasibətilə Fəxri Fərman aldığını diqqətə çatdırıb. Tədbirin sonunda Folklor İnstitutu Qadınlar Şurasının sədri fil.ü.f.d.,dos. Məleykə Məmmədova qadın üzvlərə dərin təşəkkürünü bildirib və onlara gələcək elmi və ictimai fəaliyyətlərində uğurlar diləyib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.