Elan
AMEA Folklor İnstitutu vakant Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edir. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsərlərin siyahısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3x4 ölçüdə 2 fotoşəkil) elan verildiyi tarixdən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir: Bakı, İçəriçəhər, 8-ci Kiçik Qala döngəsi, 31. Folklor İnstitutu. Tel.: (+994 12) 492-92-48.