Azərbaycan radiosunun “Dastandan üzü bəri” verilişində Qarabağ folkloru haqqında danışılıb
AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu Azərbaycan radiosunda “Dastandan üzü bəri” verilişinin qonağı olub. Qarabağ folkloruna həsr olunmuş verilişdə bölgənin folkloru haqqında bilgi verilib, Folklor İnstitutunun nəşrlərinə diqqət çəkilib. Habelə aşıq sənəti ilə muğam sənətinin üzvi birliyindən danışılıb, hər iki möhtəşəm yaradıcılıq dünyasının nümayəndələri haqqında fikir bölüşməsi olub. Qarabağımızın tarixi baş şəhəri Şuşada zaman-zaman keçiriliən el şənliklərində xalq ruhunun hərtərəfli yaşadılması ilə bağlı məqamlara toxunulub, bundan sonra Şuşamızda bu cür tədbirlərin yenə də keçiriləcəyinə inam ifadə olunub.
Başlıcası, Qarabağda yaranan zəngin folklorumuzun bu torpaqlarda tarix boyunca yaşayan, varlığını təsdiq edən, bənzərsiz mədəniyyət yaradan əcdadlarımızın ruh yaddaşının davamlı soraqları olduğu bildirilib, vurğulanıb ki, ermənilərin iddialarının heç bir tarixi-mənəvi əsası yoxdur. |