YUNESKO “AŞIQ ŞƏMŞİR” KAFEDRASININ FƏALİYYƏT PERSPEKTİVLƏRİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLƏCƏKDİR

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə 27 yanvar 2021-ci il tarixində saat 11.00-da Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaranması və həmin kafedranın fəaliyyət perspektivlərinin müzakirəsi ilə bağlı onlayn Dəyirmi masa keçiriləcəkdir. YUNESKO üzrə tanınmış mütəxəssislərin də qatılacağı Dəyirmi masanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
I hissə (saat 11.00-12.00):
Kafedranın yaradılması istiqamətində görülmüş işlərin yekunları;
Təbrik çıxışları.
İştirakçılar:
Akademik İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti
Akademik Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru
Qənirə Paşayeva – Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Elnur Sultanov – YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi
Cavid Qurbanov – Aşıq Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Prof. Dr. Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri
II hissə (saat 12.00-13.00):
Kafedranın fəaliyyət perspektivlərinin müzakirəsi.
İştirakçılar:
Akademik Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru
Helena Drobna – YUNESCO-nun “Aşıq Şəmşir” kafedrası üzrə koordinatoru
Prof. Dr. Öcal Oğuz – YUNESKO üzrə Türkiyə Cümhuriyyəti Milli Komissiyasının baş katibi
Prof. Dr. Ramazan Qafarlı – AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin müdiri
Prof. Dr. Seyfəddin Rzasoy – AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri
Prof. Dr. Metin Ekici – Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun professoru
Fil.ü.f.d. Elxan Məmmədli – AMEA Folklor İnstitutu Aşıq yaradıcılığı şöbəsinin müdiri
Fazil Qasımov – “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO üzrə nümayəndəsi |