Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
19.01.2021

Folklor İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Yanvarın 19-da AMEA Folklor İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan onlayn tədbir keçirilib. İlk öncə 20 Yanvar, I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov açaraq faciənin yaranma səbəbləri və qanlı 20 Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. O, sözügedən qanlı olayın Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda xalqımızın mübarizəsinə mənfur sovet imperiyasının zərbə vurmaq istəyindən qaynaqlandığını qeyd edib.


Akademik çıxışında milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını, yüzlərlə günahsız insanın qətlə yetirilməsini totalitar sovet rejiminin cinayətkar mahiyyəti ilə əlaqələndirdi. M.İmanov 20 Yanvar faciəsini ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən bir hadisə olduğunu vurğuladı. Akademik qeyd etdi ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də paytaxtda 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşündə 2 milyona yaxın insan iştirak etmişdi. Bu isə o dövrdə Azərbaycan xalqının “İlin Xalqı”adlandırıldığının əyani sübutu olduğunu göstərirdi.


Daha sonra Muxtar İmanov çıxış etmək üçün sözü Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d., dosent Elçin Qaliboğluna verib. E.Qaliboğlu Azərbaycan xalqının tarixən başına gəlmiş olduğu faciələrdən danışıb. O, 1990-cı ilin Qanlı yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və bu epoxal hadisənin Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol olynadığını vurğuladı. Çıxışçı faciə güclü millətin başına gələrsə, onu çökdürə bilmədiyini, zəif millətin başına gələrsə, onu içəridən dağıtdığını və onu məhvə sürüklədiyini qeyd elədi. Gedişat göstərdi ki, zaman-zaman başımıza gələn faciələrə baxmayaraq, biz ruhən güclü və sarsılmaz bir millətik. E.Qaliboğlu bunun- bu uca xəlqi keyfiyyətlərin daha da ömürləşdiyinin və əbədiləşdiyinin İkinci Qarabağ savaşında (Vətən müharibəsində) təzahür etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.


Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri fil.ü. e.d. Nizami Muradoğlu öz çıxışında 20 Yanvarın təkcə hüzn günü deyil, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. O, müstəqillik yolunun məhz 20 Yanvardan başladığını diqqətə çatdırdı. Çıxışının sonunda N. Muradoğlu yeni yazdığı poemasından bir parça söyləyib.


Sonra Folklor İnsitutunun “Xarici ölkələrlə əlaqələr” bölməsinin rəhbəri Əli Şamil və fil.ü.f.d.,dosent Nail Qurbanov çıxış edərək 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olduğunu, həmçinin Azərbaycanın şanlı tarixinin parlaq səhifələrindən və istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.