Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
09.01.2021

AMEA Folklor İnstitutu nəzdində “Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO "Aşıq Şəmşir" kafedrası”nın təsis olunması haqqında məlumat

Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun şifahi xalq ədəbiyyatı və musiqi ənənələri üzrə Xoşməramlı Səfiri Mehriban Xanım Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsində xidmətlərinə bir yenisi əlavə edildi. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu nəzdində "Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO "Aşıq Şəmşir" kafedrası"nın açılması üçün 30 aprel 2018-ci il tarixində YUNESKO-ya rəsmi müraciət edilmişdir. Müraciət sənədlərində kafedranın quruluş məqsədləri və fəaliyyət planı ilə yanaşı, AMEA Folklor İnstitutunun fəaliyyəti və Aşıq Şəmşir irsi haqqında məlumatlar verilmiş, kafedranın açılmasına yerli və beynəlxalq qurumlardan, o cümlədən YUNESKO üzrə Azərbaycan Milli Komissiyasından, Yunus Emre İnstitutundan, Azərbaycan, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarından və ictimai təşkilatlarından alınmış dəstək məktubları əlavə edilmişdir. YUNESKO Baş katibliyi, AMEA Folklor İnstitutu nəzdində "Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO "Aşıq Şəmşir" kafedrası"nın açılmasına dair müraciət sənədlərinə müsbət rəy verərək, 22 dekabr 2020-ci il tarixində kafedranın təsis edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycanın görkəmli saz-söz sənətkarı Aşıq Şəmşirin adını daşıyan bu kafedra dastançılıq ənənələri (storytelling) üzrə dünyada ilk YUNESKO kafedrasıdır, ona görə də, sadəcə Azərbaycan üçün deyil, dünya üçün əhəmiyyət kəsb edən YUNESKO kafedrası rolunu oynayacaq. Kafedra, Azərbaycanın, o cümlədən AMEA Folklor İnstitutunun xalq musiqisi və dastançılıq ənənələri üzrə dünyada beynəlxalq mərkəz kimi tanıdılmasına xidmət edəcək. Kafedra, Azərbaycanın zəngin mədəni irsini özündə ehtiva edən xalq musiqilərimizə və dastanlarımıza beynəlxalq tədqiqatçıların diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın şifahi xalq ədəbiyyatı və musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.