Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
28.12.2020

Filoloq alimin məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Azərbaycan folklorunda gülüş: davranış konseptləri, psixoloji konfliktlər və sosial kommunikasiya” adlı məqaləsi “Web of Science” bazasına daxil olan “Journal of Ethnography and Folklore” jurnalında dərc edilib.

Psixoanalitik metodla yazılmış məqalədə Azərbaycan folklorunda gülüş və onun sosial-psixoloji məna səviyyələri araşdırmaya cəlb olunub. Məqalədə diqqətə çatdırılır ki, hər bir cəmiyyətdə ən müxtəlif səviyyələrdə sosial komunikasiyanın həyata keçirilməsi üçün ideoloji-fəlsəfi konseptlər mövcuddur. Cəmiyyət üzvlərinin davranış və ünsiyyətinin formalaşmasında və davam etdirilməsində bu stereotiplər ciddi rol oynayır. Bu mənada Azərbaycan sosial mühitində davranışlara ciddi təsir edən gülüş və onun metaforalarının, sosial semantik çalarlarının öyrənilməsinə ciddi ehtiyac var. Məqalədə sözlü folklor faktları ilə yanaşı, sosial ünsiyyətin ayrı-ayrı nüansları, bir çox tarixi hadisə və ədəbi materiallar üzərində araşdırmalar aparılıb, gülüşlə bağlı faktların sosiogenetik və psixogenetik yanaşmalar kontekstində analizi həyata keçirilib.

Məqalədə sosial ünsiyyətdə gülüşün aqressiv və inteqrativ kommunikativ məna çalarlarının analizi nəticəsində onun əlaqədə olduğu psixoloji komplekslərə də ayrıca diqqət yetirilib. Müəyyənləşdirilib ki, cəmiyyətdə “kollektivin gülüş obyektinə çevrilmə” qorxusu sosial normaların davamlılığını müəyyənləşdirən komplekslərdən biridir. Odur ki, kollektivin sosial normalardan kənara çıxılacağı halda aktuallaşacağı düşünülən aqressiv gülüş ən müxtəlif metaforalarla işarələnir. Məqalədə bu metaforaların simvolik məna çalarlarının analizi nəticəsində folklorik ünsiyyətdəki bir çox məqamlara aydınlıq gətirilib.

Məqalədə, həmçinin sözlü folklor faktlarının olmativlər kontekstində analizi həyata keçirilib, gülüş aktının kişi və qadın mühitindəki daşıdığı semantika öyrənilib. Qeyd olunub ki, folklorun sosial stereotipləri, sosial stereotiplərin də folkloru dəstəklədiyi şəraitdə “gülüşdə xüsusi məna axtarışı” aktual sosial həyatın ayrı-ayrı məqamlarında özünü göstərməklə yanaşı, motiv səviyyəsində folklorda da dərin iz buraxıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.