Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


Kıbrıs təəssüratım

Son illər mətbuat, radio və televiziyada Kıbrıs haqqında yazılanları oxuduqca, verilişləri dinlədikcə bu ölkəyə marağım artırdı. Çalışdığım AMEA Folklor İnstitutu ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti elmi müəssisələri arasında əlaqələr gündən-günə genişlənirdi və təbii ki, mən də bu ada dövlətdəki elmi araşdırmalarla yaxından tanış olmaq istəyirdim. 2010-cu ildə AMEA Folklor İnstitutu və KKTC Doğu Akdeniz Universiteti birgə “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” adlı VI Uluslararası Folklor Konfransı keçirdi. “Türk epik ənənəsində dastan” adı altında keçirilən simpoziumda qərara alındı ki, VII simpozium Kıbrısda keçirilsin. Bu qərar mənim ürəyimcə oldu. Qərara aldım ki, həm simpoziumda iştirak edim, həm də oradakı elm adamları ilə görüşərək kitablarını əldə edim. İstəyim ötən ilin dekabrında reallaşdı.
AMEA Folklor İnstitutunun keçirdiyi “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq simpozium ötən il Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazimağusa şəhərində – Doğu Akdeniz Universitetində keçirildi.
Simpoziumda iştirak edəcək heyət noyabr ayının 30-da H.Əliyev adına hava limanından yola düşdü, iki saat yarımdan sonra Atatürk adına İstanbul hava limanında yerə endi. Böyüklüyünə görə dünyanın üçüncü ən böyük hava limanı sayılan İstanbul hava limanı möhtəşəmliyi ilə görənləri heyrətdə qoyur. Heyətimiz bir neçə saat İstanbulda dayandıqdan sonra Kıbrısa yola düşdü. Axşamüstü Ercan hava limanına çatdıq. Hava limanından otelə qədərki yola baxdıqca buraların Azərbaycana nə qədər bənzədiyini düşünürdüm. Yolustü lövhələrə yazılmış ərazi adları da doğma idi: Nərgizli, Mutluqaya...
Səhər xoş əhval-ruhiyyə ilə Doğu Akdeniz Universitetinə yola düşdük. Simpozium Universitetin Mavi salonunda keçirilirdi. Əvvəlcə sayğı duruşları, sonra isə milli marşlarla başlayan simpoziuma elm adamları ilə yanaşı ictimai-siyasi xadimlər də qatılmışdı.
Əvvəlcə Doğu Akdeniz Universitetinin Eğitim Fakültesi Türkce Bölüm Başqanı prof., dr. Vüqar Sultanzadə tribunaya çıxaraq bizi salamladı, sonra Universitetin tarixi, burada təhsil alan xarici tələbələr, təhsilin keyfiyyəti haqqında məlumat verdi və simpoziumun rolundan danışdı. O, qeyd etdi ki, son iki ildə Azərbaycandan gələn tələbələrin sayı ötən 10 ildə gələn tələbə sayından 4-5 dəfə çox olub. Sonra söz AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar Kazım oğlu İmanova verildi. Muxtar müəllim də öz növbəsində simpoziuma ev sahibliyi etdiyi üçün Doğu Akdeniz Universitetinin rəhbərliyinə təşəkkür etdi. Sonra o, folklorun mədəniyyətdəki rolundan, öyrənilməsinin əhəmiyyətindən danışdı. Muxtar müəllimin çıxışı zamanı H.Cavidin “İblis” əsərindən sitat gətirdiyi “Türkə qılıncdan daha kəskin ulu qüvvət, Mədəniyyət, mədəniyyət, mədəniyyət” məşhur kəlamını simpoziumu işıqlandıran Türkiyənin TRT kanalı da istifadə etdi. Yeri gəlmişkən qeyd edək ki, bu simpozium barədə KKTC-nin yerli qəzetləri də informasiya verdilər. Muxtar müəllimdən sonra Doğu Akdeniz Universitetinin Akademik İşlərdən Sorumlu Rektor Yardımçısı prof., dr. Osman Yılmaz çıxış etdi. O, Doğu Akdeniz Universiteti haqqında bizə xeyli məlumat verdi. Qeyd etdi ki, universitet 1979-cu ildə yaradılıb. 13-14 min tələbəsi var. Burada Azərbaycandan 400-500 tələbə oxuyur. Doğu Akdeniz Universitetində təhsilin keyfiyyəti olduqca yüksəkdir. Doğu Akdeniz Universitetinin Egitim Fakültəsi dekanı prof., dr. Necdet Osam, millet vəkili Ekler Aslanbaba və başqaları da simpoziumla bağlı ürək sözlərini söylədilər.
Simpoziumda KKTC, Türkiyə, Qazaxıstan alimləri ilə yanaşı, AMEA Dilçilik İnstitutunun “Dil əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, prof. Roza Eyvazova (“Orta çağ ədəbi dil ilişkilərinin Kişvəri əsərlərində təzahürü”), AMEA Dilçilik İnstitutunun digər əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli (“Azərbaycan nağıllarında rastlanan əski türk kəlmələri”), Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya elmləri doktoru, prof. Sənubər Abdullayeva (“Nağıl dilində bəzi onomastik vahidlər”), “Azərnəşr”in əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İslam Sadıq (“Azərbaycan nağıllarında Şumer motivləri”) da iştirak edirdilər.
AMEA Folklor İnstitutundan isə simpoziumda filologiya elmləri doktoru Muxtar Kazım oğlu İmanovun (“Nağıllarda yalançı qəhrəman”), filologiya üzrə fəlsəfə doktoru Adil Cəmilin (“Türk mədəniyyətini və dəyərlərini yaşadan nağıllar”), filologiya üzrə fəlsəfə doktoru Ləman Süleymanovanın (“Azərbaycan nağıllarında Naxış obrazı”), Nizami Məmmədovun (“Azərbaycan xalq şairi Məmməd Arazın əsərlərində nağıl motivləri”), Vəfa İsgəndərovanın (“Azərbaycan və Türkiyə nağıllarında ənənəvi formullar”), Nailə Əbilovanın (“Bahadırlıq nağıllarında qəhrəman və sehrli güclər”) maraqlı məruzələri dinlənildi.
Bu simpoziumda mənim üçün yadda qalan məsələlərdən biri də Quzey Kıbrısın görkəmli elm adamı prof. dr. Mustafa Gökcəoğlu ilə görüşməyimiz oldu. Əslində hələ 2005-ci ildən Mustafa Gökcəoğlu ilə qiyabi tanışlığım var idi. 2005-ci ildə şöbə müdirimiz prof. Tofiq Hacıyev mənə bir kitab verdi və dedi ki, bu, Quzey Kıbrısın məşhur alimlərindən Mustafa Gökcəoğlunundur, apar, bu kitaba rəy yaz. Sonra da bizə Mustafa Gökcəoğlu haqqında xeyli məlumat verdi. Kitab belə adlanırdı: “Kıbrıs türk ata sözləri və deyimləri sözlüyü”. Mən həmin kitab haqqında “Folklor xalqın yaddaş kodudur” adlı rəy yazdım və həmin rəy AMEA Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsi tərəfindən nəşr edilən “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü gördü (“Dədə Qorqud” toplusu, 2005, 2, səh.161-164). Sonra biz “Dədə Qorqud”un həmin sayını Mustafa bəyə göndərdik. Simpozium zamanı Mustafa Gökcəoğlu mənə yaxınlaşdı, səmimi görüşdü, rəyi çox bəyəndiyini bildirdi, minnətdarlığını dilə gətirdi və bir neçə kitabını bağışladı.
Dekabr ayının 3-də Azərbaycandan olan simpozium iştirakçıları üçün gəzinti təşkil olundu. Əvvəlcə bu ada dövlət haqqında bir az məlumat vermək istəyirəm: Kuzey Kıbrıs Türk Cümhuriyyəti Ağ dənizin doğusunda yerləşir. Ərazisi 9251 kvadrat kilometrdir. Kıbrıs adası boyu Girne (Kirena) və Karpaz dağ silsiləsi uzanır. Adanın mərkəz və güneyinə doğru uzanan sahəyə isə Torodos massivi yerləşir. İqlimi subtropikdir. Qışın oğlan çağı sayılan yanvarda orta tempatur müsbət 10-15 dərəcə olur.
Biz əvvəlcə Qazimağusa şəhərindəki Namiq Kamal meydanına, Lala Paşa məscidinə tamaşa edəndən sonra Kıbrısın ən mənzərəli rayonlarından hesab edilən Girneyə yol düşdük. Yolda rastlaşdığımız dağ bütün heyətin diqqətini cəlb etdi. Bu dağ Quba yolunun üstündəki Beşbarmaq dağına bənzəyirdi. Məlum oldu ki, o da Beşbarmaq dağı adlandırılır. Oranın da ziyarətgah olub-olmaması ilə maraqlandıq. Dedilər ki, ətəyində bir türbə var, amma bizdəki kimi böyük ziyarətgah deyil. Amma təssüf ki, vaxt qıtlığı səbəbindən o türbəni ziyarət edə bilmədik. Həm də mənim üçün maraqlı idi ki, görəsən, Quzey Kıbrısdakı Beşbarmaq dağı ilə bağlı da folklor mətnləri mövcuddurmu? Əgər mövcuddursa, bizdəkilərlə səsləşirmi? Yeri gəlmişkən, qeyd edək ki, həm Tyan-şanda Beştau, həm də Quzey Qafqazda – Pyatiqorski yaxınlığında Beştau adlandırılan dağlar var. Görəsən, həmin dağların Quba yolunun üstündəki və Quzey Kıbrısdakı Beşbarmaq dağları ilə nə əlaqəsi var? Nədən bunları indiyədək araşdırmamışıq?
Girnenin Bələdiyyə Parkında bir az gəzintidən sonra Lefkoşa şəhərinə gəldik. Axşam saat 7-də Ercan hava limanına yola düşdük. Heyətin bütün üzvləri bu səfərdən xoş təəssüratla qayıtdılar.

Ləman SÜLEYMANOVA
AMEA Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.