Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
24.12.2020

KAMRAN İMRAN OĞLU ƏLİYEV
(1953-2020)

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir!

2020-ci il dekabr ayının 23-də tanınmış ədəbiyyatşünas və folklorşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran İmran oğlu Əliyev ömrünün 67-ci baharında dünyasını dəyişmişdir.

Kamran Əliyev 1953-cü il martın 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən Kamran Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirmişdir. 1980-ci ildə «XX əsr Аzərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri (1905-1917-ci illər)» mövzusunda namizədlik, 1990-cı ildə «XX əsr Azərbaycan romantizminin obrazlar sistemi» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2010-cu ildə professor elmi adını almışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Görkəmli alim 1979-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən ömrünün sonunadək Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan ədəbiyyatının, xüsusən də folklorşünaslığın ən mühüm problemlərinin öyrənilməsində müstəsna xidmətləri olan alim 25 kitab və 10 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. Onun «XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri», «Sədərək döyüşləri», «Hüseyn Cavidin şəxsiyyəti və poetikası», «Mirzə Fətəlidən Hüseyn Cavidə qədər», «Cavid möcüzəsi», «Azərbaycan romantizminin poetikası», «Azərbaycan romantizminin nəzəriyyəsi», «Hüseyn Cavid: həyatı və yaradıcılığı», «Abbas Zamanov olmasaydı», «Eposun poetikası: «Dədə Qorqud» və «Koroğlu», «Tənqidin poetikası», «Ədəbiyyat tarixinə bir baxış», «Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar»,  «Çağdaş folklorşünaslığın problemləri», «Açıq kitab – «Dədə Qorqud» əsərləri xüsusi əhəmiyyət kəsb edir. «Açıq kitab – “Dədə Qorqud» monoqrafiyası Türkiyədə və İranda türk və fars dillərində çap olunmuşdur. 2018-2019-cu illərdə seçilmiş əsərlərinin 10 cildliyi nəşr edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyev 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Milli Ensiklopediyası Redaksiya heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.

Şərəfli və məhsuldar bir ömür yaşamış Kamran Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində ədəbi yaşayacaqdır.

Allah rəhmət eləsin!

AMEA Folklor İnstitutu

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.