Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
19.12.2020

Akademik Muxtar Kazımoğlu-İmanov BDU-nun Qazax filialında onlayn ustad dərsi keçib

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu İmanov Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya fakültəsinin müəllim və tələbə heyətinə onlayn "Folklor və yazılı ədəbiyyat" mövzusunda ustad dərsi keçib. Akademik Muxtar İmanov şifahi və yazılı ədəbiyyatda ifa kontekstindən, oxucu kontekstindən, bayatıların yas və toy mərasimində ifa tərzindən, aşıq sənətindən, dastanlardan, strukturu bəlli olan və olmayan xalq yaradıcılığından geniş məruzə edib. Subyekt və obyekt məsələlərindən, təhkiyədən, zaman və məkan məsələsində obrazlılıqdan da geniş danışıb.

Muxtar İmanovun bədii əsərlərin nağıllarla müqayisəsi zamanı İsa Hüseynovun (Muğanna) silsilə povestlərindən, "Tütək səsi" əsərindən, Səməd Vurğunun əsərlərindən, Yusif Səmədoğlunun "Qətl günü" əsərlərinin poetikası kimi məsələlər barədə nəzəri fikirləri böyük maraqla qarşılanıb, geniş diskussiyaya səbəb olub. Üçüncü kurs Filologiya fakültəsinin tələbələri Aytac İbrahimlinin, Jalə Mirzəyevanın, Zeynəb Babayevanın suallarını da cavablandırıb.
Bakı Dövlər Universitetinin Qazax filialında bu cür dərslərin keçirilməsi tələbələrin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır, həmçinin AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.