Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
14.12.2020

Hüseyn İsmayılov
AMEA Folklor İnstitutu “Aşıq Yaradıcılığı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor

Folklorda Ağrı dağı obrazı və erməni saxtakarlığının mənəvi-ideoloji mahiyyətinə dair

Hər bir xalqın mədəniyyət tarixində onun milli kimliyini işarələndirən, milli varlığın bütün özünəməxsus əlamətlərini öz semantik strukturunda inkarolunmaz poetik reallığa çevirən obrazlar vardır. Azərbaycan folklorunda Ağrı dağı obrazı da belə milli əhəmiyyət kəsb edən, özünün ideya-bədii mahiyyətinə görə milli dəyərlərin simvolu sayılan etnik kimlik işarəsidir. Bu ulu həqiqətə baxmayaraq, heç bir mənəvi dəyərlər sisteminə sığmayan erməni saxtakarlığı Ağrı dağını da özünün fitnə obyektinə çevirmiş və Azərbaycan və Türkiyə türkləri üçün son dərəcə müqəddəs olan bu milli dəyəri erməni çirkabına bulaşdırmışdır.
Ağrı dağı bir ad-işarə kimi özündə son dərəcə ulu və əski tarixi həqiqətləri gizlədir. Bu həqiqətlərin mahiyyətinə varmadan, əslində, erməni fitnəsini üzə çıxarmaq, onun antibəşəri mahiyyətini ifşa etmək çətindir.
Ağrı dağının türk milli kimliyinin işarəsi olması ilk növbədə bu obrazın türklərin sakral-mifoloji görüşləri ilə əlaqədar olmasında üzə çıxır. Ağrı dağı da məhz mifoloji dəyərlərlə bağlı olub, xalqımızın ilkin düşüncə sistemində müqəddəs dəyərlər sırasına daxildir.
Naxçıvan bölgəsindən toplanmış mifoloji mətnlərindən birində deyilir:
«Ələyəzin başı dörd haçadı. Deyirlər ki, Ağrıynan Ələyəz vuruşub, Ağrı güclü olub, vurub Ələyəzin başını parçalayıb» (bax: 10).
Ümumiyyətlə, izah etmə, yəni etiologiya miflərin ən qədim funksiyasını təşkil edir. Mifologiya dünyanın təsvirini və izahını verən ilkin düşüncə sistemidir. Hər hansı bir mifoloji mətnin izahedici funksiyaya malik olması ilk növbədə onun qədimliyini, ilkinliyini sübut edir. Yuxarıdakı mifdə də Ələyəz dağının başının nəyə görə dörd haça olması izah olunmuşdur. Bu, açıq-aydın şəkildə göstərir ki, bu mif son dərəcə qədim mətndir və bu mifi neçə minillər öncə bölgədə yaşamış türk babalarımız yaratmışlar.
Bu mifoloji mətndə iki gerçək tarixi dağdan - Ağrı dağı və Ələyəz dağından söhbət gedir. Mifdə Ələyəz dağının başının nəyə görə dörd haça olması izah olunur. Lakin burada iki dağ arasındakı münasibətlər, sadəcə olaraq, bədii uydurma olmayıb, son dərəcə qədim və ulu tarixi həqiqətlərdən soraq verir.
Mərhum Azərbaycan alimi Cəfər Cəfərov özünün «Qədim arğu dili» adlı məqaləsində yazır: «Qafqazda, İranda, Türkiyədə və dünyanın bir sıra ölkələrində arğuların adı ilə əlaqədar olan arqun//arqın, ağu//aqu sözləri deyil, məhz onun ən qədim variantlarından biri - arğu (ağrı//arğı) işlək olmuşdur. İki dağ arasına «arğu» deyilişi (M.Kaşğari) çox güman ki, Türkiyə ərazisindəki Böyük Arğı və Kiçik Arğı (Ararat) dağının adı ilə bağlıdır. X-XI əsrlərdə bu qoşa dağın adı başqa cür səslənmiş və «arğu» yalnız onların arasındakı məsafəyə deyilmişdir. Məhz Tiraz və Balasaqun arasında yerləşdiyinə və «iki dağ arasına» düşdüyünə görə bu yerdəki şəhərlərə «Arğu» demişlər»... Ehtimal ki, M.Kaşğari «İki dağ arasına arğu deyilir» deyərkən Türkiyə ərazisindəki Arğı dağını və bu dağlar arasındakı məsafəni nəzərdə tutmuşdur» (12, 77-78).
Mərhum Cəfər Cəfərovun bu fikirləri Ağrı dağı ilə bağlı milli etnik həqiqətlərin üstünə işıq saçmaqla ermənilərin bütün fitnəkarlıqlarını ifşa edir.
Göründüyü kimi, «Ağrı» sözü qədim türk dili ilə bağlı olub, ilkin məkani anlayışlar sırasına daxildir. Bu sözün iki dağ arasındakı məsafəni leksik baxımdan işarələndirməsi yuxarıda təqdim etdiyimiz mifdə də öz təsdiqini tapmışdır. Mifdə təsvir olunmuş məkan məhz iki dağ - Ələyəz və Ağrı dağları arasındakı məkandır.
Digər tərəfdən, belə bir inkarolunmaz həqiqət təsdiq olunur ki, Ağrı sözü qədim türk dillərindədir və öz leksik strukturuna görə bütün hallarda Ağrı sözü ilə bağlı olan Ararat sözü də Ağrı dağının adının son dərəcə kasıb fonetik-qrammatik struktura malik olan erməni dilindəki deyilişindən başqa bir şey deyildir.
Qədim asuriyalıların "Urartu" adlandırdığı, əslində türkcə Ararat və ya Ayrıart adlanan ölkənin adı "Bibliya"da məhz "Ararat ölkəsi" kimi yazılmışdır.
V yüzil arman tarixçisi M.Xorenlidə bu dağın adı Aray-aratdır. Əslində də, "Ararat" sözü iki hissədən ("ara"+"art") ibarətdir və "art" sözünün qədim türklərdə "dağ" anlamını da nəzərə alsaq, deməli, "Ararat" (Araart) - "Aradağ" deməkdir. Bu mülahizəyə dağın ilkin adının "Ayrıart" olması fikrini də əlavə etmək istərdik. Həmin ərazilərin bəzi mənbələrdə Ayrarat vilayəti adlanması da bu fikri təsdiqləyir. Hər iki yozum isə dağın coğrafi quruluşuna (bir-birindən aralanmış, ayrılmış iki dağ) tamamilə uyğundur. "Ağrıdağ" isə çox güman ki, həmin sözlərdən törəmədir. Belə ki, "ayrı" sözü "ara" sözünün sinonimi olmaqla (qədim variantında - "arqo", indiki dilimizdə "ayrılıq" sözləri də "aralı olmaq" məzmunu daşıyır) "Ararat" (yəni "Ara-art") tədricən "Ara-dağ" - "Ayrı-dağ" - "Eğri-dağ" ("ђyri-dağ") - "Ağrı-dağ" və "Arqu-dağ" - "Arqı-dağ" - "Aqrıdağ" - "Ağrı-dağ" şəklinə düşmüşdür. Xatırladırıq ki, Vedibasar mahalı camaatının tələffüzündə "ağrı" sözü elə "arğı", Ağrı dağının adı isə "Arğı dağı" şəklində tələffüz olunur.
Maraqlıdır ki, Quranda da Nuh rəvayəti ilə bağlı xatırlanan bu dağın adı "Cudi dağı" kimi qeyd edilir. "Cudi" sözünün farsca anlamı isə "ayrı" mənasındadır. Başqa sözlə, "Cudi dağı" ifadəsi "Aradağ" ("Ayrıdağ"), sözünün hərfi tərcüməsindən başqa bir şey deyildir. Yeri gəlmişkən, Nizami Gəncəvi də "Xosrov və Şirin" poemasında Nuh tufanına işarə edərkən Ağrı dağlarını "Cudi dağları" kimi qeyd edir:
Ondan əta umsa göyün tağları,
Səxasında batar Cudi dağları.
XIV-XV yüzil Azərbaycan alimi ђbdürrəşid əl-Bakuvi də özünün məşhur “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri“ əsərində ђrminiyədən bəhs edərkən bu ərazidə “Böyük ђyri dağı və Kiçik ђyri dağı“ anlamında olan “əl-Xəris və əl-Xuvayris dağları var“ deyə göstərir.
"Kitabi-Dədə Qorqud"da tez-tez rast gəldiyimiz "Arqu beli" ifadəsinin Ağrı dağı ilə bağlı olduğu fikrini də bütünlüklə dəstəkləyirik. Doğrudan da, "Dədə-Qorqud" boylarında işlədilən "Arqu beli Alatağı avlıyuban, quşluyuban", "Arqu beli Alatağdan dünin aşdın", "Arqubeli Alatağı avlıyuban aşdığım yox" deyimlərindəki “Arqubeli“ ifadələrinin Ağrı dağlarını birlişdirən "Arğıbeli" olması tamamilə aydındır. "Arğıbeli"nin sonradan Sərdarbulaq beli adlanması isə buranın xanlıq dövründə İrəvan sərdarlarının yaylaq yeri olması ilə bağlıdır.
Bütün hallarda Ağrı dağı adı ilə bağlı mülahizələrimizə belə bir yekun vura bilərik ki, Ağrıdağ (Ararat) tarixən Türk dağı olmuş və bu gün də olaraq qalır. Heç şübhəsiz, bu dağın adlarından hər hansı biri (xüsusilə Ararat) türkcə olmasaydı, ermənilər onun adını dəyişib "Masis" qoymazdılar
Ağrı dağı qədim türk mifoloji dünyagörüşündə müqəddəs dəyərdir. Xarakterik bir mifə diqqət edək:
«Bir çoban Ağrı dağının ətəyində heyvan otarırmış. Günorta baxır ki, həm özü, həm də sürü susuzunnan ölür. Heç yanda da su yoxdur. Allaha yalvarır ki, bırda bir çeşmə yarat, yeddi qoyun qurban kəsim.
Bir də görür ki, qabağında bir çeşmə yarandı, özü də içir, sürü də içir. Sonra fikirləşir ki, bir sudan yana niyə yeddi heyvanı kəsim, dəli deyiləm ki?!
Qoltuğundan yeddi dənə pit tapır, öldürüp deyir ki, bı da Allahın yeddi qurbanı.
Elə bı dəmdə çoban sürüsüynən bir yerdə daşa çevrilir. Ağrı dağının ətəyindəki daşlar o vaxdan qalmadı» (bax: 10).
Göründüyü kimi, Ağrı dağı ilkin dini-mifoloji dəyərlər sırasına daxildir və ermənilərin bu dəyəri mənimsəmək istəmələri onların, ümumiyyətlə, bütün müqəddəs dəyərlərə vəhşi münasibətini bir daha sübut edir.
Erməni ədəbiyyatının görkəmli tədqiqatçısı, akademik Manuk Abeqyan 1975-ci ildə İrəvan şəhərində nəşr olunmuş «Erməni ədəbiyyatı tarixi» kitabında yazır: «Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur» (1, s.11).
Milliyyətcə erməni olan digər akademik Kerop Patkanyan isə yazır: «Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri olublar, öz yaxınlarını sataraq, həmişə güclü qonşularına məharətlə qulluq ediblər». (Bax: 2, s. 5) və s.
Əslində, bu, həmişə belə olub. Qədimdən Asur və Urartu dövlətlərinin qul koloniyaları olan Hayasa və Arme şəhər-vilayətlərində saxlanılan, qul işlərində işlədilən, vaxtaşırı isə bu şəhər-vilayətlərin qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlərə işçi qüvvəsi kimi satılan, beləcə dünyanın hər yerinə yayılan, sənətkar millət (ixtisaslaşmış qullar!) kimi tanınan hay-ermənilər üç qul psixologiyalarından, qul əxlaqlarından heç vaxt qurtara bilməyiblər və gürünür, bundan sonra da qurtara bilməyəcəklər...
Qulların içərisi, həmişə kin-küdurət, paxıllıq, qisasçılıq, yaramaç¬lıq, hiyləgərlik, nifaq və s. mənfi keyfiyyətlərlə dolu olur ki, bütün bu xüsusiyyətlər bu gün ermənilərin daxili-mənəvi keyfiyyətləri kimi, bu millətlə aç-çox tanış olan hamıya məlumdur. Zaman-çaman mənən alçaldılan, addımbaşı təhqir olunan, əxlaqı, namusu əlindən alınan qul əlinə düşən ilk fürsətdə kimdən gəldi bunun acısını çıxmaq istəyir, sanki bundan mənəvi rahatlıq tapır. “Ermənilər ağ dərililər arasında ən pis qullardır” - Adam Metsin bu fikri də təsadüfən deyilməyib. O, fikrinə davam edərək yazır: «Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Əgər görsən ki, tənbəllik edirlər, bil ki, bunun səbəbi zəiflikdə yox, tənbəllikdən həzz almalarındadır. Bu zaman onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir». (3, s.144).
Gürcü xalq məsəlində deyildiyi kimi: «Erməni gəldi, özü ilə bəla gətirdi». Ermənilər yüzillər boyu Qafqazda mehribanlıqla yaşayan xalqlara belə bir nifaq, bəla gətirdilər. Əvvəl-əvvəl qədim Azərbaycan torpaq¬larında məskunlaşdılar, sonra dövlət yaratmaq eşqinə düşdülər. Qafqazda törədilən bütün milli qırğınların baisi və icraçısı oldular. Azərbaycanlılarla, gürcülərlə, kürdlərlə, talışlarla, ləzgilərlə və bütün başqa Qafqaz xalqları ilə düşmənçilik etdilər və edirlər. Özlərinin düşmənçiliyi bəs eləmədi, bu xalqlar arasında düşmənçilik toxumu səpməkdən də əl çəkmədilər. Bunun üçün hər cür yaramazlığa və əxlaqsızlığa getdilər.
Ermənilərin tarixdə ən böyük əxlaqsızlığı ərazisində və himayəsində yaşadıqları xalqların, ilk növbədə türklərin tarixini, mədəniyyətini, adət-ənənəsini, incəsənətini, mətbəxini, bir sözlə, minillər boyu yaratdığımız maddi-mənəvi dəyərlərimizi ən müxtəlif üsullarla saxtalaşdıraraq özlərininkiləşdirməklərindədir. Bu məsələdə ermənilər üçün heç bir ölçü-biçi, heç bir qoruq-qaytaq, hədd-hüdud yoxdur.
Bu, eyni dərəcədə folklorumuza da aiddir. Hətta erməni saxtakarlığı nəticəsində folklorumuza dəyən ziyan daha böyükdür. Çünki türkün tarixi yüzillər boyu daha çox şifahi şəkildə mövcud olmuşdur. Başqa sözlə, at belində tarix yaradan qədim türklər bu tarixi yazıya çevirmək qayğısına bir o qədər qalmasalar da, iştirakçısı olduqları həmin hadisələri şifahi şəkildə nəsildən-nəslə ötürmək yönündə güclü ənənəyə malik olublar. Təsadüfi deyil ki, dünyada heç bir xalqın türk xalqları qədər zəngin folklor örnəkləri yoxdur. Və heç bir xalqın folklor örnəkləri də başqa xalqların folklorunun və tarixinin yaradılmasında türk xalqlarının folkloru qədər yaxından iştirak etməyib.
Məsələn, elə erməni tarixini ötəri gözdən keçirmək kifayətdir ki, onun qədim dövrünün bütövlükdə türk mifik mətnləri, tarixi rəvayət və əfsanələri, orta əsrlər dövrünün isə qismən yenə də türk rəvayət və əfsanələri, qismən də yazılı tarixlər əsasında quraşdırıldığı aydın olsun.
Bu yalançı tarixdə ən qədim dövrlərdən müxtəlif türk boylarının inam və inanc, yaylaq və ovlaq yeri olmuş Ağrı dağlarının xüsusi yeri vardır. Həm də o dərəcədə xüsusi yeri vardır ki, ermənilər tarixdə ilk dəfə XX yüzilin birinci rübündə yaratmağa nail olduqları erməni-hay dövlətinin gerbinə onlara heç bir aidiyyatı olmayan həmin Ağrı dağlarının şəklini salmışlar. Niyə məhz Ağrı dağlarının? Ona görə ki, ermənilər özlərini dünyanın ən qədim sakinləri kimi qələmə verirlər. Və əgər belədirsə, deməli, ən azı Nuhu özlərinin ulu babası hesab etməlidirlər və edirlər də. Və əgər Nuh ermənilərin babasıdırsa, deməli, Nuhun gəmisinin xilas olduğu Ağrı dağı da ermənilərə məxsusdur və ermənilərin vətənidir. Erməni məntiqi və erməni tarixşünaslığı bu gün bunu deyir. Təkcə bunumu? Ermənilər iddia edirlər ki, tufan çəkiləndən sonra Nuh gəmidən çıxanda əvvəlcə İrəvan şəhərinin yeri onun gözünə sataşdı və o öz dilində böyük fərəh içində çığırdı: «Yerevume», yəni görünür (müasir ermənicədə görsənməyə «yerevume» deyilir). (Ətraflı məlumat üçün bax: 4, s. 201). Bu hadisə baş verib eradan əvvəl 2500-cü ildə, yəni deməli, 4500 il bundan əvvəl Nuh peyğəmbər müasir erməni dilində danışırmış. Bu, dünya tarix elmində və elm tarixində analoqu olmayan bir həyasızlıqdır ki, yüzillərdir ermənilər tərəfindən dünya ictimaiyyətinə sırınır.
Halbuki Ağrı dağları və Nuhun tufanı ilə bağlı əlimizdə olan, məhz İrəvan Çuxuru və Naxçıvan bölgələrinin tarixən yerli sakinlərindən - azərbaycanlı əhalisindən toplanmış çoxlu sayda folklor mətnləri istər Nuh, Nuhun tufanı, istərsə də Ağrıdağ vadisinin etnik tarixi ilə bağlı ermənilərin dediklərini tamamilə təkzib edir. (Ətraflı məlumat üçün bax: 10, s. 66-70; 5, s. 675-676; 11, s. 30-32.).
Yeri gəlmişkən, ermənilər özlərinin Nuhdan törəmə olmaları yalanını o qədər primitiv şəkildə «sübut etməyə» çalışırlar ki, bu «sübut» daha çox öz ifşalarına xidmət edir. Qərbi Azərbaycan və ümumiyyətlə, erməni mövzusunun ardıcıl tədqiqatçılarından olan Əziz Ələkbərli məsələnin bu cəhətinə diqqəti çəkərək erməni tarixinin «babası» sayılan Musa Xorenlinin məşhur «Tarix» əsərində Qərbi Azərbaycan torpaqlarında Qamər-Sak-Arman türk boylarının məskunlaşması ardıcıllığı izləyir və maraqlı nəticələrə gəlir. Məlum olur ki, Musa Xorenlinin adına çıxılan ermənilərin nəsil şəcərəsi, əslində, arman türklərinə aiddir və haylara qətiyyən dəxli yoxdur. Bu şəcərəyə görə, Nuhdan sonra oğlu Yafət, Yafətdən sonra oğlu Qamər, Qamərdən sonra oğlu Tur, Turdan sonra oğlu Turqam, Turqamdan sonra isə qardaşı Azkan hakimiyyətdə olmuşdur. (Ətraflı məlumat üçün bax: 9, s. 21-22).
Maraqlıdır ki, Turqamın zamanında Armaniya ölkəsi və xalqı hökmdarın adı ilə - Turqameli, Turqamlı olaraq tanınmışdır. Azkan hakimiyyət başına keçəndən sonra isə ülkə onun adı ilə adlanmış, hətta bu ad az sonra bütün Cənubi Qafqaz xalqlarına aid edilmişdir. (Ətraflı məlumat üçün bax: 6, s. 27-29).
Erməni tarixçilərinin iddiasına görə, Armaniya ən qədim dövrdə öz adını Aşxanas adlı patriarxdan almış, ölkə və xalq Aşxanas adlanmış, Aşxanasdan sonra isə hakimiyyətə onun oğlu Hayk gəlmişdir. Saxtakarlıq güz ünğndədir.
Əslində isə Aşxanas adı ilkin variantında Asxan//Azxan//Azkan şəklində olub, eradan əvvəl VII əsrdə Cənubi Qafqazda yaradılan Sak//Skif çarlığının - İşquz (İç Oğuz) dövlətinin Bibliyadakı Aşkenaz adıdır. Adın sonundakı as//os//es şəkilçisi isə, məlum olduğu kimi, yunan mənbələrində toponim və etnonimlərə artırılan adlıq hal şəkilçisidir. As//Az eyniadlı türk tayfasının adı, Aşxan isə Azxan şəklində Azların xanı, Azkan şəklində Azların yurdu kimi başa düşülə bilər. Biz bu adı (Azkan) həm də Azərbaycan (Azərboykan - Azər boyunun yurdu) adının ən qədim və ilkin forması hesab edirik.
Beləliklə, gördüyümüz kimi, nə Qamər, nə Tur, nə Turqam, nə də Azkan adlarının erməniyə heç bir dəxli yoxdur. Nəsil şəcərəsində Azkandan sonra gələn Hayk adı da tamamilə qondarma və sonradan əlavədir.
Musa Xorenlinin özünün bu şəcərəsi təsdiq edir ki, ermənilərin Nuh peyğəmbər, Nuhun tufanı və Ağrı dağları ilə bağlı bütün yazdıqları saxtadır və Azərbaycan mifik mətnlərini ermənisayağı interpretasiyadan başqa bir şey deyildir.
Əlbəttə, biz ermənilərin əcdad axtarışlarına normal yanaşırıq. Hər bir millət kimi, onların da hələ özlərinə belə məlum olmayan əcdadlarını axtarmaq ixtiyarı var. Lakin biz inanmırıq ki, ermənilər bu məslədə də bir nəticəyə nail ola bilsinlər. Çünki V.L.Veliçko yazır ki, «Ermənilərdə başqa xalqlarla məcburi, zorakı cütləşmələr çox olub. İran qoşunları da, Azərbaycan tatarları da, türklər də, gürcülər də, dağlılar da, ehtimal ki, dövlət quruluşunu və bu səbəbdən də özünümüdafiə qabiliyyətlərini çoxdan itirən bir xalqın qadınlarının nazı ilə oynamırdılar. Və belə əyləncələrdən aydın olur ki, ermənilərin damarlarında hər cür qan var» (8, s. 66-67).
Bütün bu inkarolunmaz tarixi faktlar erməni saxtakarlığının mənəvi-ideoloji, etnik-psixoloji və siyasi-tarixi mahiyyətini üzə çıxarmaqla bərabər, bizim üzərimizə çox böyük vəzifələr qoyur. Türk etnosu dünya tarixinin yaradıcılarındandır. Bu tarixin yaradıcısı olduğu kimi, onun qoruyucusu funksiyasını da daim şərəflə yerinə yetirmişdir. Biz babalarımızın şərəf yolunu türkə yaraşan ləyaqətlə davam etdirməli, onların bizim üçün qoyub getdiyi Ulu Türküstan adlı tarixi göz-bəbəyimiz kimi qorumalı və onun hər bir zərrəsinin uğrunda əsil türk ərdəmi ilə mübarizə aparmalıyıq.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. M.Abeqyan. Erməni ədəbiyyatı tarixi, İrəvan, 1975
2. «Ministerstvo Narodnoqo Prosveşeniə, 1875, № 175
3. A.Meü. Musulmanskiy renessans. Moskva, «Nauka», 1973
4. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı, II cild, Bakı, 1981
5. Əziz Ələkbərli. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, Bakı, 2002
6. Əziz Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, Bakı, 2002
7. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, Bakı, 2006
8. V.L.Veliçko. Kavkaz, SPb, 1904
9. İstoriə Armenii Moiseə Xorenskoqo. Moskva, 1893
10. Azərbaycan folkloru antologiyası, I cild, Naxçıvan folkloru, Bakı, 1994
11. Azərbaycan folkloru antologiyası, X cild, İrəvan Çuxuru folkloru, Bakı, 2004
12. Cəfər Cəfərov. Qədim arğu dili - Dilçilik coğrafiyası, tarixi dialektologiya və türk dillərinin tarixi problemləri (elmi əsərlərin tematik məcmuəsi). Bakı, BDU, 1982, s. 75-85

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.